İntiqam Əliyevin apellyasiya şikayəti təmin olunmayıb

Hüquqşünasın özü səhhətindəki problemlərə görə prosesdə iştirak edə bilməyib

Source:

Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyevin həbs-qətimkan tədbirinin uzadılmasından apellyasiya şikayəti təmin olunmayıb. Bu barədə onun vəkili Cavad Cavadov məlumat verib. Vəkilin sözlərinə görə, hüquqşünasın özü səhhətindəki problemlərə görə prosesdə iştirak edə bilməyib.

Bakı Apellyasiya Məhkəməsi Nəsimi rayon məhkəməsinin həbs-qətimkan tədbirinin uzadılmasından, eləcə də hüquqşünasın ev dustaqlığına buraxılmasından şikayətə baxıb.

İntiqam Əliyevin həbs müddəti oktyabrın 24-də 3 ay uzadılıb. Nəsimi rayon Məhkəməsi İntiqam Əliyevin həbs müddətini uzadıb və onun ev dustaqlığına buraxılması haqqında vəsatəti təmin etməyib. Həmin prosesdə hüquqşünasın durumu qəfil pisləşib.

İntiqam Əliyev avqustun 8-də qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq həbs edilib.

Ana səhifəXəbərlərİntiqam Əliyevin apellyasiya şikayəti təmin olunmayıb