İntiqam Əliyevə həsr edilmiş jurnalist müsabiqəsinin qalibləri

Mərasim 30 noyabr – İntiqam Əliyevin ad gününə həsr edilib. Onun 52 yaşı tamam olub

Source:


Mərasim 30 noyabr – İntiqam Əliyevin ad gününə həsr edilib. Onun 52 yaşı tamam olub

Dekabrın 1-də “Siyasi klub – 125” vətəndaş cəmiyyəti fəallarının, xüsusən hüquq müdafiəçisi İntiqam Əliyevin təqib edilməsi mövzusuna həsr edilmiş jurnalist müsabiqəsinin nəticələrini elan edib.

Mərasim 30 noyabr – İntiqam Əliyevin ad gününə həsr edilib. Onun 52 yaşı tamam olub.

Birinci yerə “Yeni Müsavat” qəzetinin əməkdaşı Aygün Muradxanlı “Vicdansızlara” adlı məqaləsinə görə layiq görülüb.

İkinci yeri “Azadlıq” qəzetinin əməkdaşı Rövşən Hacıbəyli “İnsan haqlıdır” məqaləsinə görə alıb.

Üçüncü mükafata “Azərbaycan Qandisi” nəşrinə görə Pərviz Əzim layiq görülüb.

Ümumilikdə müsabiqəyə 8 məqalə təqdim edilib, onlara “Turan İA”-nin direktoru Mehman Əliyev, İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad İbadoğlu və “Siyasi klub – 125”in rəhbəri İlhamiyyə Rzadan ibarət münsiflər heyəti tərəfindən baxılıb.


* “Siyasi klub – 125” 2014-cü ilin fevral ayında 2015-ci il seçkilərində iştirak etmək niyyətində olan vətəndaş cəmiyyəti nümayəndələri, yaradıcı ziyalılar, siyasi partiyaların nümayəndələri və müstəqil ekspetlər tərəfindən təsis edilib (Turan İA).

Ana səhifəXəbərlərİntiqam Əliyevə həsr edilmiş jurnalist müsabiqəsinin qalibləri