İntiqam Əliyevə göndərilən pul və sovqat geri qaytarılıb

Təcridxana əməkdaşı bunun qanuni olduğunu deyib

Source:



Təcridxana əməkdaşı bunun qanuni olduğunu deyib

Həbsdə olan hüquqşünas İntiqam Əliyevə aparılan sovqat götürülməyib. Bu barədə hüquqşünasın oğlu Nəcmin Kamilsoy Meydan TV-yə məlumat verib. O deyib ki, 13 sentyabrda atasına apardıqları ərzaq və pulu təcridxananın əməkdaşları götürməyiblər. “Mənim şəxsiyyət vəsiqəm yox idi, amma mənimlə gələn qohumumuzun vəsiqəsi üstündə idi. O, əvvəl də İntiqam Əliyevə sovqat gətirmişdi və qəbul etmişdilər. Amma bu gün götürmədilər. Xanlar adlı təcridxana əməkdaşı dedi ki, bu tapşırıqdı. Soruşdum, tapşırıq qanundan irəli gəlir? Dedi, bəli”.

N. Kamilsoy deyir ki, təcridxana əməkdaşları içəridə soyuducu və qızdırıcı yoxdur deyə yalnız bir günün yeməyin qəbul edirlər.  İntiqam Əliyev təcridxanadan yemək almaq və mobil nömrələrə zəng etmək üçün pula ehtiyac duyur. “Ötən dəfə dedilər ki, pulu vəkillə göndərin. Bu gün vəkillə göndərdik, amma qəbul etmədilər”.

Bakı İstintaq Təcridxanasında İntiqam Əliyevin vəkillə yazışmaları da senzuradan keçirilir. Onun təcridxana ilə bağlı yazdığı şikayətlərin kənara çıxmasına icazə verilmir.

Ana səhifəXəbərlərİntiqam Əliyevə göndərilən pul və sovqat geri qaytarılıb