“Amnesty İnternational hesab edir ki, bu həbs birmənalı şəkildə İntiqam Əliyevin insan haqlarının müdafiəsi sahəsindəki fəaliyyəti ilə əlaqədardır.
Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri, barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilmiş İntiqam Əliyevi vicdan məhbusu elan edib.
Bu barədə məlumat təşkilatın saytında yerləşdirilib.
Məlumatda deyilir ki, İntiqam Əliyevin barəsində seçilmiş qərar saxta ittihamlara əsaslanır. “Amnesty İnternational hesab edir ki, bu həbs birmənalı şəkildə İntiqam Əliyevin insan haqlarının müdafiəsi sahəsindəki fəaliyyəti ilə əlaqədardır. Amnesty İnternational onu vicdan məhbusu hesab edir”, – deyə məlumatda qeyd olunur.
Məlumata İntiqam Əliyevin həbsinin detalları da əlavə olunub.
azadliq.info