Avropa Məhkəməsi iddianı təsdiqləyib
2011-ci ilin 7 dekabr tarixində İstanbul Hava Limanında polislər tərəfindən hücuma məruz qalan Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin Avropa Məhkəməsində iddiası təsdiqlənib.
Türkiyənin “Radikal” qəzetinin yazdığına görə, İntiqam Əliyev Türkiyə Daxili İşlər Nazirliyindən İstanbul Məhkəməsinə şikayət etmişdi. Polis İntiqam Əliyevə ona “oğlan” dediyi üçün əl qaldırmışdı. Ancaq vəkil hüquqi mübarizədə qalib gəldi. Məhkəmə Türkiyə Daxili İşlər Nazirliyinin haqsız yerə tutulan, kamerasız bir otaqda 3 dəqiqə 38 saniyə döyülən, deportasiya edilərək 1 il Türkiyəyə girişi yasaq edilən Əliyevə 7 min 500 lirə (2 min 829 manat – red) və 600 lirə (226 manat – red) maddi təzminat ödəməsinə qərar verib.
“Radikal” qəzeti yazır ki, azəri insan hüquqları müdafiəçisi vəkil İntiqam Əliyevlə Atatürk Hava Limanında sənədlərin yoxlanılması zamanı bir polis məmuru arasında bəsit mübahisə baş vermişdi: “Mübahisəyə səbəb isə İntiqam bəyin polisə “oğlan” deməsi olub. Sonradan Əliyevin “oğlan”ın azəricə “adam” mənasını verdiyini deməsi də polislə arasında mübahisəni sakitləşdirməyib”.