İntiqam Əliyev haqqında 3 ay həbs qətimkan tədbiri seçildi (yenilənir)

Vəkil Cavad Cavadov tanınmış hüquqşünasın həbsini gözləyir

Source:


19.20. Meydan TV-nin əməkdaşının məlumatına görə, Nəsimi Rayon Məhkəməsi İntiqam Əliyev haqqında 3 ay həbs qətimkan tədbirinin seçilməsi qərarı çıxarıb.


***


17.40. Meydan TV-nin hadisə yerində olan əməkdaşı vəkilə istinadən bildirib ki, İntiqam Əliyevə Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham elan olunub və yaxın saatlarda onun barəsində məhkəmə qərarı veriləcək.


***


Vəkil Cavad Cavadov tanınmış hüquqşünasın həbsini gözləyir

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin ofisində axtarış yekunlaşıb, onu hazırda Nəsimi Rayon Məhkəməsinə aparırlar.

Bu barədə Meydan TV-yə onun vəkili Cavad Cavadov məlumat verib: “İntiqam Əliyevə qarşı ənənəvi ittihamlar irəli sürülüb. Həbs qərarını gözləyirəm”.

Ana səhifəXəbərlərİntiqam Əliyev haqqında 3 ay həbs qətimkan tədbiri seçildi (yenilənir)