İntiqam Əliyev azad olundu

Ali Məhkəmə baş prokuror Zakir Qaralovun kassasiya protestini təmin etdi

Source:
İntiqam Əliyev
İntiqam Əliyev
İntiqam Əliyev
İntiqam Əliyev


Ali Məhkəmə baş prokuror Zakir Qaralovun kassasiya protestini təmin etdi

Martın 28-də Ali Məhkəmənin Plenumu baş prokuror Zakir Qaralovun  “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin rəhbəri İntiqam Əliyevin məhkəmə qərarından cəzanın ağır olmasına dair əlavə kassasiya protestini təmin edib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla İntiqam Əliyevin barəsində olan cəza şərti hesab olunub və onun barəsində 5 il şərti cəza müəyyən edilməklə azadlığa buraxılması barədə qərar qəbul edilib.

Bildirilir ki, Ali Məhkəmənin sədri Ramiz Rzayevin sədrliyi ilə keçirilən plenum iclasında kassasiya protestini baş prokurorun müavini Namiq Əsgərov müdafiə edib.

İ. Əliyev prosesdə iştirak etməyib.

İntiqam Əliyevin vəkili Cavad Cavadov bildirib ki, müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyirlər və bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunacaq.

Bu barədə məlumatı Meydan TV-nin əməkdaşı verib.

2015-ci ilin aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin rəhbəri İntiqam Əliyevi 7 il 6 ay azadlıqdan məhrum edib. Hökmə görə, o, 3 il dövlət vəzifəsi tuta bilməz.

Ana səhifəXəbərlərİntiqam Əliyev azad olundu