İntiqam Əliyev ayağa durmaqda çətinlik çəkir

“Müalicə kamera şəraitində hər hansı müayinə aparılmadan gedir”

Source:


“Müalicə kamera şəraitində hər hansı müayinə aparılmadan gedir”

Qaynar.info-ya bu barədə məlumatı İntiqam Əliyevin qızı Nərmin Kamilsoy verib.

Nərmin Kamilsoy bildirib ki, bu gün atası ilə telefonla danışıb:”Belində problemlər qaldığına və uzun müddət ayaq üstə durmağa çətinlik çəkdiyinə görə bu həfətə də görüşə bilməyəcəyik. Artıq iki həftədən çoxdur ki, görüşə bilmirik. Uzun müddətdən sonra dünən vəkilləri ilə görüşə bilib. Amma otura bilmədiyinə görə görüş qısa olub. Müalicə kamera şəraitində hər hansı müayinə aparılmadan gedir”

Nərmin Kamilsoy həmçinin qeyd edib ki, dünən Ombudsman aparatının nümayəndələri də İntiqam Əliyevə baş çəkiblər:”Amma hər zamankı kimi saytlarında yazıblar ki,  heç bir porblem yoxdur, hər şey yaxşıdır. 20 gündən artıqıdır ki, “Azadlıq” qəzeti verilmir, hadisələrdən xəbərsizdir. Yənə də ciddi nəzarət altındadır, məktublar əlindən alınır.”

İntiqam Əliyev Binəqədi rayonunda hündürmərtəbəli binada baş verən böyük faciyəyə görə də başsağlığı verib:” Bu xəbəri eşidəndə çox məyus oldum. Yanğın zamanı rəhmətə gedənlərin yaxınlarına dərin-hüzünlə başssağlığı verirəm. Yaralılara isə tezliklə sağalmağı arzu edirəm.”

Hüqqu müdafiəçisi ona bu çətin günlərdə məktub yazıb dəstək ola hər kəsə öz təşəkkürünü bildirib.

İntiqam Əliyevə 7 il 6 ay müddətində azadlıqdan məhrum edilib.

Yerli və beynəlxalq hüquq müdafiəçiləri İntiqam Əliyevin həbsini siyasi sifariş hesab edir. Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» İntiqam Əliyevi «vicdan məhbusu» elan edib.​

Ana səhifəXəbərlərİntiqam Əliyev ayağa durmaqda çətinlik çəkir