O, 3 il müddətinə vəzifə tutmaq hüququndan da məhrum olunub
Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri, tanınmış hüquqşünas İntiqam Əliyevə hökm oxunub.
Meydan TV-in prosesi izləyən əməkdaşı bildirib ki, İntiqam Əliyev 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilməklə 7il 6 ay azadlıqdan məhrum olunub.
İ. Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) , 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinirdi.