Mənbə: Meydan tv

“İntim video təhdidləri ilə daha çox məşhur, vəzifəli şəxslər üzləşir”

Məqalə yeniləndi:  13 Sentyabr 2021

“İntim video təhdidləri ilə daha çox məşhur, vəzifəli şəxslər üzləşir”

Sosial şəbəkələrdən sizə video görüntülü zəng edib intim təkliflər edirlərsə, demək online şantaj şəbəkəsinin hədəfindəsiniz.

Bir neçə gün öncə YAP-ın Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşova aid olduğu deyilən intim video sosial şəbələrdə yayıldı. R. Göyüşov açıqlama verərək bildirdi ki, görüntüləri yaymamaq üçün ondan pul istəyiblər, o bu tələbi rədd edib deyə videosu yayılıb.

Ramiz Göyüşovdan sitat: “Bu gün bir xanım mənə görüntülü zəng etdi. Dəfələrlə zəngi geri çevirsəm də, o, mənə təkrar zəng vurdu. Çox zəngdən sonra açdım. Əvvəlcə nə baş verdiyini başa düşmədim. Xanım yarıçılpaq formada idi. Ona irad bildirib, telefonu söndürdüm. Sonra o, yenə yığdı. Yayılan videodan da görünür ki, mən məsələni anlamıram”.

Rəqəmsal təhlükəsizlik üzrə mütəxəssis İmran Əliyev deyir ki, bu cür online şantaj Türkiyədə və Rusiyada geniş yayılıb. Azərbaycanda isə son illərdir bu üsulla vətəndaşlar şantaj olunaraq qarşı tərəfə pul ödəməyə məcbur edilir.

Video zəng zamanı hər iki ekranın görüntüləri yazılır və bundan sonra təhdid başlayır. Texno bloger Fərid Pərdəşünas deyir ki, bu şəbəkənin üzvləri daha çox pul qazanmaq üçün əsasən məşhur, vəzifəli şəxsləri hədəf seçirlər. Amma sadə vətəndaşlar da bu təhdiddən kənarda qalmır.

Vəkil Zibeydə Sadıqova deyir ki, vətəndaşın şəxsi həyatı ilə bağlı görüntülər sosial mediada yayılırsa, prokurorluq bununla bağlı dərhal cinayət işi açmalıdır. Bu halda vətəndaşın şəxsən müraciət etməsinə ehtiyac yoxdur.

Baş Prokurorluq məlumat yayıb ki, Ramiz Göyüşovun şikayəti üzrə “azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərov Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində işə cəlb edilib və məhkəmə qərarı əsasında barəsində həbs-qətimkan tədbiri seçilib. Saytın təsisçisi YAP-ın keçmiş üzvünün videosunu öz saytından silmək üçün ondan 2000 manat tələb etməkdə ittiham olunur.

Amma prokurorluq videonu kimin qeydə alması ilə bağlı hər hansı məlumat verməyib.

Vəkil Zibeydə Sadıqova deyir ki, “Şəxsi həyatın toxunulmazlığı” hüququnun pozuntusu ilə bağlı prokurorluğun fəaliyyətini effektiv hesab eləmir.

10 sentyabrda keçirilən YAP-ın İdarə Heyətinin toplantısında Ramiz Göyüşov partiya üzvlüyündən çıxarılıb.

Video ilə şantaj olunduğunu deyənlərin içərisində Prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənov da var. O, avqtustda öz twitter hesabından yazmışdı ki, onun gizli şəkildə çəkilmiş və erotik videolarla bəzədilmiş video görüntülərini yaymamaq üçün bəzi ünvanlardan ciddi təhdid sifarişləri alır. O hesab edirdi ki, bu bir şəbəkə mafiyasının işidir və bu şəxslər cəzalandırılacaqlar. Daha sonra o yazdıqlarını silmişdi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  13 Sentyabr 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/oou1ix

Ən çox baxılan