İntihar edən məktəbli qızın məzarı təhqir edilib

Əməlin kim tərəfindən törədilməsi məlum deyil.

Source: meydan tv


Hadisəni törədənlər məlum deyil

162 saylı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar edən Elina Hacıyevanın məzarı təhqir edilib.

Vəkil Emin İsayeva istinadən məlumat yayan “Report” saytı bildirib ki, qəbirin üzərindəki foto cırılıb, güllər isə dağıdılıb.

Əməlin kim tərəfindən törədilməsi məlum deyil. Vəkil bildirib ki, Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə bağlı başlanan cinayət işi üzrə müvafiq addımlar atılacaq.

Emin İsayev əlavə edib ki, Elina Hacıyevanın ölümü ilə bağlı başlanmış cinayət işi üzrə təyin olunmuş ekpertiza başa çatıb: “Ekspertizanın rəyi bizə təqdim edildikdən sonra, istintaq hərəkətləri davam edəcək”.

Hadisədən sonra məktəbin direktoru Sevinc Abbasova, tərbiyə işləri üzrə direktorun müavini Lalə Arif qızı Məhərrəmova, sinif rəhbəri Çimnaz Hacıağa qızı Mehdiyeva və məktəbin psixoloqu Könül İsmayıl qızı Ağayeva işdən çıxarılıb. https://www.meydan.tv/az/article/mekteb-direktoru-direktor-muavini-sinif-rehberi-ve-psixoloq-isden-cixarilib/?ref=search

Direktor Sevinc Abbasova aprelin 15-də Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hadisə aprelin 14-də baş verib.

Elina Hacıyev

anın ailəsi bildirib ki, intihara səbəb, onun məktəb yoldaşları tərəfindən təzyiqlərə məruz qalması olub.

Ana səhifəXəbərlərİntihar edən məktəbli qızın məzarı təhqir edilib