“İnsanlar Rusiyadan gələn pulla müalicələrini edirdilər…”

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2024-cü ildə Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi 496,7 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 550,7 milyon ABŞ dollar azdır.

İqtisadçılar deyir ki, bu ölkədə dolanışığını Rusiyadan gələn pulla təmin edən ailələrin sosial rifahına ciddi təsir edib:

“Nisyə ərzaq alanların sayı artıb, ət kəsimi son bir neçə ayda 33 faiz azalıb, alıcılıq aşağı düşüb. Hətta bəzi regionlarda toy edənlərin, toya gedənlərin belə sayında ciddi azalma var. Elə insanlar var ki, onlar Rusiyadan gələn pulla müalicələini davam etdirirdilər, onların bəziləri müalicəsizlikdən dünyasını dəyişib. Hakimiyyətin isə bu vətəndaşların qarşısında heç bir öhdəliyi yoxdur”.

Ana səhifəXəbərlər“İnsanlar Rusiyadan gələn pulla müalicələrini edirdilər…”