”İnsanlar istismar edilir, 10-12 saat işlədilir”

Qanunvericilikdə bu məsələ əksini tapsa da, təcrübədə belə bir tendensiyanın olduğunu bilirik.

Source:


Fazil Mustafa: ''Milli Məclisdə hamı saat 6-da işdən çıxır, başqa qurumlarda niyə artıq işlədilməlidir?''

“Azərbaycanda bir çox qurumda, dövlət müəssisəsində insanlar 10-12 saat işlədilir. Bunun qarşısı alınmalıdır”.

Deputat Fazil Mustafa parlamentdəki çıxışı zamanı bildirib ki, qanunvericlikdə və Əmək Məcəlləsində 8 saatlıq iş rejimi müəyyən edilsə də, buna əməl etməyənlər var:

“İnsanlar niyə saat 6-dan sonra işdə qalmalıdır? Milli Məclisdə yaxşı bir ənənə var. Saat 6-ya 3-4 dəqiqə qalmış hər kəs hazırlaşır, evə gedir. Amma qeyri-rəsmi tətbiq olunan artıq işləmə mexanizmi bir çox qurumda ənənə halını alıb. Halbuki bu məsələ əmək müqaviləsi ilə tənzimlənir. Nəyə görə insanlar saat 8-ə qədər işləməlidir?”

fazil-1 (1).jpg
Fazil Mustafa

Deputat qeyd edib ki, bununla bağlı çoxsaylı müraciətlər var.

“İşçilər bundan yuxarı orqanlara şikayət etməyə də qorxurlar. Çünki işlərini itirmələri ilə nəticələnəcək. Hətta məhkəməyə versələr belə, Azərbaycanda “rəis hər zaman haqlıdır” prinsipi ilə yanaşılacaq, hüquqlarının bərpası mümkün olmayacaq. Ona görə də, bu cür hallara yol verən qurumlardakı vəzifəli şəxslərlə bağlı tədbir görülmüsi üçün qanunvericiliyə müvafiq dəyişiklik edilməlidir. İnsanlar istismar edilməməmlidir. 8 saatdan artıq işləməsi yalnız əlavə ödəniş edilməklə tətbiq oluna bilər”.

Hadı Rəcəbli
Hadı Rəcəbli

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli də bildirib ki, bu kimi hallar mövcuddur:

“Qanunvericilikdə bu məsələ əksini tapsa da, təcrübədə belə bir tendensiyanın olduğunu bilirik. Əmək qanunvericiliyinin pozulması hallarına nəzarət edən orqan Əmək Müfəttişliyidir. Ona görə də bu kimi məsələlərə nəzarət mexanizminin yaradılması üçün qanunvericilikdə Əmək Müfəttişliyinə əlavə səlahiyyətlər verilməsi məsələsinə baxa bilərik”.

Ana səhifəXəbərlər”İnsanlar istismar edilir, 10-12 saat işlədilir”