“İnsanlar birlik olanda bütün divarları aşa bilərlər”

“İnsanlar birlik olanda bütün divarları aşa bilərlər”

“Salaam Cinema Baku” kinoteatrının yerləşdiyi tarixi binanın söküləcəyindən narahat gənclər ərazini tərk etmirlər. Onlar gecə-gündüz burada keşik çəkirlər.

“Biz bir kampaniya başlatdıq: “Tariximiz qoruyaq” və “Save Salaam Sinema”. Kim ki tarixi qorumaq istəyir, "Salaam Cinema"ya – bu binaya üz tutur və burada bizimlə qalır. Artıq neçənci dəfədir ki, tarixi binaların söküldüyünün şahidi oluruq. Buna da razı ola bilmərik. Biz bu məkandayıq. Buradan çıxsaq, bina sökülə bilər”-Səidə Lətifzadə deyir.

Yuxusuz gənclər gecələrini xoş etmək üçün ocaq başına toplaşıb, musiqi ifa edirlər. Onları səhər nələrin gözlədiyindən xəbərsizdirlər.

Bir qrup gəncin təsis etdiyi “Salaam Cinema Baku” kinoteatrına mayın 6-da polis və icra hakimiyyəti işçiləri daxil olublar. Mülkün sahibi əvvəl razılıq versə də, indi gənclərin binanı tərk etməsini istəyir. Təsisçilər binanın tarixi abidə olduğunu iddia edirlər. İddiayla bağlı Bakı Şəhər İcra Hakimiyyətində araşdırma aparılır.

Ana səhifəVideo“İnsanlar birlik olanda bütün divarları aşa bilərlər”