İnsan Hüquqları Evi: Elton Quliyev Azərbaycan cəmiyyətinə böyük itkidir

“Biz, İnsan Hüquqları Evində çalışan hüquq müdafiəçiləri adından Elton Quliyevin vaxtsız vəfatından kədərləndiyimizi bildirmək istəyirik”

Source:

“Biz, İnsan Hüquqları Evində çalışan hüquq müdafiəçiləri adından Elton Quliyevin vaxtsız vəfatından kədərləndiyimizi bildirmək istəyirik”

Beynəlxalq insan hüquqları təşkilatlarından biri olan “İnsan Hüquqları Evi”-nin direktoru Maria Dahle, vəfat edən vəkil Elton Quliyevin yaxınları və iş yoldaşlarına başsağlığı məktubu yazıb.

Biz, “İnsan Hüquqları Evi”ndə çalışan hüquq müdafiəçiləri adından Elton Quliyevin vaxtsız vəfatından kədərləndiyimizi bildirmək istəyirik. Bizim bütün fikirlərimiz hal-hazırda onun yasda olan ailəsi, yaxınları və iş yoldaşlarının yanındadır.

Elton  Azərbaycan hüquq sistemində və beynəlxalq insan hüquqları təşkilatlarında çox mötəbər hörmətə malik olan, həmişə insan hüquqlarının müdafiəsi üçün çalışan biri idi. O, yüksək bacarıqlı vəkillik qabiliyyətindən istifadə edərək, Emin Milli, Xədicə İsmayıl, İntiqam Əliyev kimi şəxslərin hüquqlarını qorumuşdur. O, bizim yaddaşlarımızda həmişə insan hüquqlarını qoruyan insan və peşəkar ədalət müdafiəçisi kimi qalacaqdır.

Elton Quliyevin vəfatından Azərbaycan ictimaiyyəti və hüquq sistemi ağır itki vermişdir. Hansı ki, Azərbaycanda çox az vəkil insan hüquqları və aktivistlərin hüquqlarını müdafiə edir.

Ana səhifəXəbərlərİnsan Hüquqları Evi: Elton Quliyev Azərbaycan cəmiyyətinə böyük itkidir