İnsan hüquq məsələləri üzrə Birgə İşçi Qrupun iclası keçirilir

Səməd Seyidov: Tyorbyorn Yaqlandın öz nümayəndəsini qrupdan geri çağırması bizim üçün əhəmiyyətli məsələ deyil

Source:


Səməd Seyidov: Tyorbyorn Yaqlandın öz nümayəndəsini qrupdan geri çağırması bizim üçün əhəmiyyətli məsələ deyil

Bu gün Milli Məclisdə (MM) İnsan hüquq məsələləri üzrə Birgə İşçi Qrupun (BİQ) iclası keçirilir. APA-nın xəbərinə görə, iclasda çıxış edən irgə BİQ-in həmsədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, bu qurum nə Avropa Şurası, nə Avropa Birliyi, nə də digər beynəlxalq təşkilatlar üçün yaradılıb: “Bu qrup Azərbaycanda insan hüquqları problemlərinin həlli üçün müvafiq qurumlara tövsiyə vermək üçün formalaşıb. Ona görə də Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın öz nümayəndəsini qrupdan geri çağırması bizim üçün əhəmiyyətli məsələ deyil”.

S. Seyidov bildirib ki, T.Yaqlandın hərəkəti ümumiyyətlə, qəribədir: “Çünki əvvəlcə öz nümayəndəsini geri çağırır. Sonra isə insan haqları ilə bağlı Azərbaycana öz nümayəndəsini göndədir”.

Həmsədr qeyd edib ki, qrup öz fəaliyyətini davam etdirəcək: “Bu qrup Azərbaycanda insan haqlarını qorunması ilə bağlı müvafiq qurumlara qərar qəbul etmək üçün tövsiyələr verəcək”.

Birgə İşçi Qrupun üzvü, deputat Azay Quliyev isə deyib ki, bu qrup Azərbaycanda daxili mexanizm kimi yaradılıb və elə daxili mexanizm kimi də fəaliyyətini davam etdirəcək.

Bundan sonra BİQ-in iclası jurnalistlərin iştirakı olmadan davam etdirilir.

2005-2008-ci illərdə fəaliyyət göstərmiş işçi qrupun iclası prezident İlham Əliyevin və Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini 2014-cü il oktyabrın 22-də yenidən bərpa edib.

Ana səhifəXəbərlərİnsan hüquq məsələləri üzrə Birgə İşçi Qrupun iclası keçirilir