“İnsan haqları məsələsi Avropa Şurası tərəfindən təzyiq vasitəsinə çevrilməməlidir”

“Bu təklif və bəyanatların əksəriyyəti siyasi xarakter daşıyır, İlqar Məmmədovla bağlı bəyanatlar da bu baxımdan müstəsna deyil”

Source:


“Bu təklif və bəyanatların əksəriyyəti siyasi xarakter daşıyır,  İlqar Məmmədovla bağlı bəyanatlar da bu baxımdan müstəsna deyil”

Azərbaycanın AŞ PA nümayəndə heyətinin sədri Səməd Seyidov qurumun Nazirlər Komitəsinin REAL sədri İlqar Məmmədovla bağlı rəsmi Bakıya çağırışını təzyiq hesab edib.

Cənab Seyidov APA-ya bildirib ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasındadır: “Ona görə də bu məhkəmənin qərarları Azərbaycan tərəfindən nəzərə alınır, nəzərə alınıb və nəzərə alınacaq. Hansısa siyasətçinin, hüquq-mühafizə orqanlarının işinə müdaxilə edilməsinə gəlincə, bu qanunun aliliyinin pozması deməkdir. Ona görə də bu məsələdə çox ehtiyatlı davranmaq lazımdır”.

S. Seyidov həmçinin bildirib ki, bəzi məsələlər Azərbaycana qarşı aparılan kampaniya çərçivəsindədir, bəzi bəyanatlar isə Azərbaycandakı reallığı sona qədər dərk etməyən insanlar tərəfindən verilir: “Bəziləri isə sadəcə öz ölkələrində reytinqlərini qaldırmaq üçün Azərbaycanı hədəf seçirlər. Səthi yanaşmadan qaynaqlanan bəyanatlar da var. İçərisində hansısa həqiqətləri daşıyan məqamları Azərbaycan tərəfi öyrənir. Lakin bu təklif və bəyanatların əksəriyyəti siyasi xarakter daşıyır. İlqar Məmmədovla bağlı bəyanatlar da bu baxımdan müstəsna deyil”.

Ana səhifəXəbərlər“İnsan haqları məsələsi Avropa Şurası tərəfindən təzyiq vasitəsinə çevrilməməlidir”