Central Park Hotel “Art for Democracy” kampaniyasının təqdimatının keçirilməsinə razılıq versə də, tədbirə yarım saat qalmış qərarını dəyişib
Kampaniyanın təşkilatçılarından biri, İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərovun Meydan TV-yə bildirdiyinə görə, artıq ikinci dəfədir onlara “Art for Democracy” kampaniyasının təqdimatına imkan verilmədi. Bu, ikinci hotel idi ki, ilkin olaraq razılıq versə də, sonradan vədlərindən imtina etdilər: “Utancverici məqam odur ki, tədbirin başlanmasına yarım saat qalmış zəng edib tədbirin ləğv olunduğunu deyirlər”.
Buna baxmayaraq Rəsul Cəfərov tədbir keçirilməli olan Central Park Hotelə getdiyini dedi. Amma administrator yenə hansısa fövqəladə hadisənin baş verdiyini, gah işıqdan, gah da qazdan danışaraq tədbirini keçirilməsinə imkan verməyib. Təşkilat sədri belə söyləyib.
Rəsul Cəfərov təqdimatı küçədə keçirdiklərini söylədi. Amma o, məhkəməyə müraciət edəcəklərini dedi: “Çünki bizə yalnız maddi yox, mənəvi zərər də dəyib. Həm də tədbirin keçirilməsi üçün yeni yer axtaracağıq”.
Kampaniya 2013-cü ilin dekabrından bir qrup hüquq müdafiəçisi və incəsənət xadimləri tərəfindən həyata keçirilir.