İngiltərə Rusiyanın Aİ referendumuna müdaxiləsini müəyyənləşdirə bilməyib

Lakin komitə Rusiyanın Avropa İttifaqı referendumuna təsir göstərməyə cəhd edib- etmədiyini müəyyənləşdirə bilmədiyini deyib.

Source: Specify Source


Parlamentin hesabatı yayılıb

İngiltərə hökuməti Rusiyanın 2016-cı il Avropa İttifaqına üzvlüyə dair referendumda müdaxilə edib-etmədiyini müəyyənləşdirə bilməyib, – “Reuters” xəbər verir.

Çərşənbə axşamı yayımlanan parlament hesabatında kəşfiyyat qurumlarından məsələnin araşdırılması və nəticələrin ictimaiyyətlə açıqlanması tələb edilib.

Parlamentin kəşfiyyat və təhlükəsizlik komitəsinin çoxdan gözlənilən hesabatında Rusiyanın 2014-cü ildə Şotlandiyadakı referenduma təsir göstərməyə çalışdığı məlum olub. Referendumda seçicilər ölkənin Birləşmiş Krallıqdan müstəqilliyini qəbul etməmişdilər.

Lakin komitə Rusiyanın Avropa İttifaqı referendumuna təsir göstərməyə cəhd edib- etmədiyini müəyyənləşdirə bilmədiyini deyib.

“Bununla belə, komitə bu qənaətdədir ki, İngiltərə Kəşfiyyat Birliyi Rusiyanın Aİ-nin referendumuna potensial müdaxiləsinə dair analoji hesabat hazırlamalıdır” ,- hesabatda qeyd edilib.

İngiltərənin Aİ-dən çıxmasının tərəfdarı olan Baş nazir Boris Conson hökuməti Rusiyanın referenduma müdaxilə etməsinə dair sübutları görmədiyini deyib.

Hökumət məsələyə yenidə baxılmasını rədd edib.

Hesabatda Rusiya casusluqdan və kiber cinayətdən seçkiyə müdaxilə və çirkli pulların yuyulmasına qədər bir sıra sahələrdə İngiltərə və Qərb üçün ciddi təhlükə yaradan düşmən güc kimi qiymətləndirilib.

Ana səhifəDünyaİngiltərə Rusiyanın Aİ referendumuna müdaxiləsini müəyyənləşdirə bilməyib