“Holyhead”

Mənbə: Foto: https://www.faz.net

Başlıq: “Holyhead”

İngiltərə polisi yük maşınında 39 nəfərin cəsədini aşkar edib

Yük maşınının Bolqarıstandan gəldiyi deyilir

İngiltərə polisi çərşənbə günü London yaxınlığındakı bir sənaye obyektində Bolqarıstandan gəldiyi qeyd edilən yük maşınının içərisində 39 nəfərin cəsədini tapıb. “Reuters” xəbər verir ki, sürücü qətldə şübhəli şəxs olaraq göz altına alınıb.

38 böyük və bir yeniyetmənin cəsədi Londonun mərkəzindən təxminən 32 km şərqdə yerləşən Qreysdəki sənaye sahəsində duran bir yük maşının konteynerində tapılıb.

Polisin verdiyi məlumata görə yük maşını şənbə günü İrlandiyadan ölkəyə əsas giriş nöqtəsi olan Şimali Uels limanı “Holyhead”-ə daxil olub. Yük maşınının çıxış nöqtəsinin Bolqarıstan olduğu qeyd edilir. Maşının sürücüsü Şimali İrlandiyadan olan 25 yaşlı bir nəfərdir.

Baş nazir Boris Conson (Johnson) bu xəbərdən kədərləndiyini və istintaqla bağlı mütəmadi olaraq yeniliklər aldığını deyib.

“Biz bu ticarətin davam etdiyini bilirik. İnsan alveri ilə məşğul olanların hamısı saxlanılmalı və məsuliyyətə cəlb edilməlidir,” o deyib.

Təcili yardım xidmətləri Temza çayı sahilindəki limanlardan uzaq olmayan Waterglade Sənaye Parkına çağrıldıqdan sonra konteynerdə olanların hamısının ölü olduğu bildirilib.

Bolqarıstan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı İngiltərə hakimiyyəti ilə əlaqə saxladığını deyib.

Xarici İşlər Nazirliyinin sözcüsü: “Hazırda yük maşınının Bolqarıstanda qeydiyyatı olub-olmadığı məlum deyil. Yük maşında olan cəsədlərin milliyyətinə dair hər hansı bir məlumat da yoxdur. Britaniya polisi qeyd edib ki, cəsədlərin müəyyənləşdirilməsi zaman alacaq”.

Baş nazir Leo Varadkar deyib ki, yük maşınının İrlandiyadan keçdiyi sübut edilərsə, lazımlı araşdırmalar aparılacaq.

Polis əməkdaşları ərazidəki qırmızı yük maşınında iri ağ konteynerə baxış keçiriblər. Ərazi polis tərəfindən araşdırma aparmaq üçün nəzarətə götürüb.

“Bu mərhələdə biz qurbanların haradan olduğunu və ya kimliyini müəyyənləşdirmədik. Bu, uzun proses ola bilər”,- Essex polis müavini Pippa Mills deyib: “Bu, mütləq bir faciədir”.

Mills deyib ki, qurbanların kim olduğunu öyrənmək onların əsas prioritetidir. Digər bir önəmli məsələ isə yük maşınının Bolqarıstandan İrlandiyaya, daha sonra İngiltərəyə necə keçdiyini müəyyən etməkdir.

Yaxınlıqdakı müəssisələr geniş polis kordonu səbəbiylə ərazidəki əmlaklarına giriş əldə edə bilmədiklərini deyirlər.

“Polis gecə gəldi və bütün ərazini bağladı,” yaxınlıqdakı bir kafedə çalışan və adını verməkdən imtina edən bir işçi deyib.

İllərdir qeyri-qanuni mühacirlər yük maşınlarının arxasında Birləşmiş Krallığa gəlməyə çalışırlar.

Britaniyanın 2000-ci ildə ən böyük qanunsuz immiqrant faciəsində gömrükçülər 58 çinlinin cəsədini cənub Dover limanında bir pomidor yük maşınına yığılmış şəkildə tapmışdılar.

Müxalif Leyborist Partiyasının lideri Ceremi Korbin (Jeremy Corbyn) deyib ki, son ölümlər inanılmaz insan faciəsidir və bu faciəyə hakimiyyət tərəfindən cavab verilməlidir.

“Yalnız bir anlıq düşünə bilərikmi bu 39 nəfərin həyatı açıq-aydın çıxılmaz və təhlükəli bir vəziyyətdə necə sona çatıb? Onların bir konteynerdə boğularaq ölməsi necə ola bilər? ” - o deyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/b35uut

Ən çox baxılan