İngiltərə bəzi uşaqların COVID-19 ilə əlaqəli sindromdan öldüyünü deyir

“Bu, nadir haldır, baxmayaraq ki, xəstəliyə tutulan uşaqlar üçün çox əhəmiyyətlidir, xəstəliyin sayı azdır”,- İngiltərənin COVID-19 xəstəliyini nəzarətdə saxlayan nazirlərdən biri Hənkok deyib.

Source: Foto: google.ru


“Bəzi sağlamlıq vəziyyətləri yaxşı olan, heç bir xroniki xəstəlikdən əziyyət çəkməyən uşaqlar ölüb”

Birləşmiş Krallıqda tədqiqatçılar bəzi uşaqların COVID-19 ilə əlaqəli olduğu bildirilən nadir iltihab sindromundan öldüyünü deyib, – “Reuters” xəbər verir.

İtalyan və İngilis tibb mütəxəssisləri yüksək qızdırma və şişmiş arteriyalar ilə xəstəxanaya gələn körpələrdə koronavirus pandemiyası və şiddətli iltihabi xəstəliyi arasında mümkün əlaqəni araşdırır.

Pandemiya ən sərt vurduğu bölgələrdən biri olan İtaliyanın şimalındakı həkimlər çox sayda 9 yaşdan kiçik uşaqlağın Kavasaki xəstəliyinin sindromlarından əziyyət çəkdiyini deyib. Kavasaki Asiyanın bəzi yerlərində daha çox görülən iltihablanma xəstəliyidir.

“Bəzi sağlamlıq vəziyyətləri yaxşı olan, heç bir xroniki xəstəlikdən əziyyət çəkməyən uşaqlar ölüb”,- Səhiyyə naziri Mət Hənkok (Matt Hancock) çərşənbə axşamı günü LBC Radioya deyib.

“Bunun koronavirusun səbəb ola biləcəyi yeni xəstəlik olduğunu düşünürük. 100 faiz əmin deyilik, çünkü bu xəstəliyə tutulanlar koronavirusdan müsbət çıxmayıblar, buna görə də biz bir sıra araşdırmalar aparırıq, amma bu, bizi narahat edən xüsusdur”.

Bu vaxta qədər düşünülürdü ki, uşaqlar koronavirusun yaratdığı ölümcül fəsadlara valideynlərindən, yaxud nənə və babalarından daha az həssasdırlar. Lakin Britaniya, İspaniya və İtaliyada qeyd edilən bu sirli iltihab xəstəliyi yenidən dəyələndirilməyə alına bilər.

“Bu, nadir haldır, baxmayaraq ki, xəstəliyə tutulan uşaqlar üçün çox əhəmiyyətlidir, xəstəliyin sayı azdır”,- İngiltərənin COVID-19 xəstəliyini nəzarətdə saxlayan nazirlərdən biri Hənkok deyib.

Ölənlərin sayı haqda dəqiq məlumat yoxdur.

Səbəbi bilinməyən Kavasaki xəstəliyinin sindromları atəş, dəri töküntüsü, boğaz vəzlərinin şişməsi və ağır hallarda ürək damarlarının iltihabıdır.

İngiltərənin Milli Səhiyyə Xidməti deyir ki, bu sindrom ildə hər 100,000 uşaqdan təxminən səkkizinə təsir edir. Uşaqların əksəriyyəti 5 yaşından kiçik olur.

İspan Pediatriya Assosiasiyası bazar ertəsi deyib ki, COVID-19 dan pozitiv keçən uşaqlar son iki həftədə qarın ağrısı, qusma və ishal kimi simptomlar göstərib.

Uşaqların sağlamlıq vəziyyəti yaxşı olmasına baxmayaraq, onların durumu bir neçə saat ərzində dəyişir və şok vəziyyətinə düşür. Bu zaman bəzən qızdırma müşahidə edilməyə də bilir.

Əksər hallarda məktəb yaşlı uşaqlarda və ya yeniyetmələrdə aşkar edilmiş xəstəlik bəzən Kavasaki xəstəliyi və ya toksik şok sindromu (TSS) ilə üst-üstə düşür.

“Valideynlər ayıq olmalıdırlar”, – deyə Britaniyanın Daxili işlər naziri Viktoria Atkins deyib.

Ana səhifəDünyaİngiltərə bəzi uşaqların COVID-19 ilə əlaqəli sindromdan öldüyünü deyir