Julian Assanj

Mənbə: Foto: sosial şəbəkə

Başlıq: Julian Assanj

“İngiltərə Assanjın siyasi ittihamlarla ekstradisiyasına icazə verməməlidir”

Vəkil: “Əgər bu, terror hadisəsi, zorakı bir cinayət deyilsə, siz onu siyasi səbəblə ekstradisiya edə bilməzsiniz”

“Britaniya Julian Assanjı iki ölkə arasında siyasi cinayətlərə görə ekstradisiyası qadağan olunduğu üçün casusluq ittihamı ilə ABŞ-a göndərməməlidir”,- onun vəkili çərşənbə günü London məhkəməsinə verdiyi açıqlamada deyib.

“Wikileaks”in 48 yaşlı qurucusu Assanj hökumət kompüterlərini həkləməkdə və ABŞ-ın minlərlə gizli diplomatik məlumatlarının yayımlanması ilə birlikdə 18 işdə ittiham edilir. Məhkəmə hökm verərsə, o, illərlə həbsxanada qala bilər.

Onun ekstradisiyası ilə bağlı dinləmələrin üçüncü günündə vəkili Edvard (Edward) Fitzgerald bildirib ki, 2003-cü ilə aid Anqlo-ABŞ ekstradisiya anlaşması siyasi cinayətlərə görə ekstradisiyaya icazə vermir. “Zorakı cinayətlər və terrorizm müqavilədə qeyd edilən və insanların təhvil verilməsinə imkan verən yeganə siyasi cinayət növüdür”, - o bildirib. “Əgər bu, terror hadisəsi, zorakı bir cinayət deyilsə, siz onu siyasi səbəblə ekstradisiya edə bilməzsiniz”,- Fitzgerald məhkəmədə deyib:

“Cənab Assanjın ittiham olunduğu və ekstradisiyasının istəndiyi cinayətlər ekstradisiya şərtlərinə görə siyasi cinayətlərdir”.

Fitzgerald məhkəmənin həm beynəlxalq hüquqda, həm də Avropa İnsan Hüquqları Konvensiyasında təsbit edilmiş müxtəlif müdafiə maddələrini nəzərdən keçirməli olduğunu deyib. O, məhkəmənin Assanjın təhvil verilməsini dayandırmaq üçün gücü çatmazsa, “çox qəribə olacaq”- deyib.

ABŞ hökuməti adından Ceyms Lyuis Assanjın casusluğunun siyasi cinayət olduğu iddiası ilə razılaşmadığını deyib.

Lyuis deyib ki, Assanj “Wikileaks” vasitəsilə gizli materialları yayaraq bir çox insanın həyatını riskə atıb.

Keçən il Assanj Londonda Ekvador səfirliyindən çıxarıldıqdan sonra ABŞ onun təhvil verilməsini tələb edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/jc5j33

Ən çox baxılan