İnflyasiya 4,7 faiz olub

Vahid Məhərrəmov: ”Kənd təsərrüfatı məhsulları istehsalı kəskin şəkildə azalıb”

Source:


Vahid Məhərrəmov: ”Kənd təsərrüfatı məhsulları istehsalı kəskin şəkildə azalıb”

2018-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,7 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsinin

məlumatı

nda belə deyilir.

Məlumata görə, ərzaq məhsullarının qiymətləri də 5,8 faiz artıb:

“Qeyri-ərzaq mallarının qiymətləri 4,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,3 faiz bahalaşıb. Cari ilin fevral ayında yanvara nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz bahalaşmış, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz ucuzlaşıb”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, bu ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə ət idxalı 58 faiz, kəsim üçün gətirilən diri heyvanların idxalı 2,4 dəfə, süd idxalı 2,7 dəfə, buğda idxalı 2 dəfə, çay idxalı 50 faiz, bitki və heyvan mənşəli piylər və yağların idxalı isə 4,1 dəfə artıb.

Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının ixracında ciddi azalmalar var. Belə ki, çay ixracı 47 faiz, bitki və heyvan mənşəli piylər və yağlar 2,3 dəfə, şəkər idxalı isə 2,7 dəfə azalıb:

“Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan hakimiyyətinin apardığı yarıtmaz siyasət nəticəsində kənd təsərrüfatı məhsulları istehsalı kəskin şəkildə azalıb. Bu həm də o deməkdir ki, ölkə fermerlərinə çatacaq yüz milyonlarla dollar vəsait hər ildə əcnəbi fermerlərin cibinə axır, onların biznesini genişləndirir”.

Vahid Məhərrəmov

Ekspert bildirir ki, pambıqçılıq da fermerlərə, kəndlilərə gəlir gətirmədi, əksinə, kəndli və fermerlər çox ciddi maddi zərərə məruz qalıblar:

“Bu, azmış kimi pambıqçılığı heyvandarlığın və digər sektorların hesabına genişləndirdikləri üçün 2017-ci ildə heyvandarlıq məhsullarının idxalı kəskin şəkildə artdı. Hətta yeyinti məhsullarının idxalında artım indi də davam edir. Cari ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə ət idxalı 58 faiz, kəsim üçün gətirilən diri heyvanların idxalı 2,4 dəfə, süd idxalı 2,7 dəfə, buğda idxalı 2 dəfə, çay idxalı 50 faiz, bitki və heyvan mənşəli piylər və yağların idxalı isə 4,1 dəfə artıb”.

Azərbaycanda müxtəlif kənd təsərrüfatı sahələrinin dövlət tərəfindən dəstəklənməsi 2016-cı ildən prioritet məsələyə çevrilib. Həmin il prezident İlham Əliyev pambıqçılığın, tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında, eləcə də 2017-ci ildə “Şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında” sərəncamlar verib.

Həmin sənədlərə əsasən istehsalçılara iki ildir, tədarükçülərə təhvil verdikləri xam pambığın hər kiloqramına görə 0,1 manat, quru tütünün hər kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə 0,05 manat verilir. Bu ildən başlayaraq isə şəkər çuğundurunun hər tonuna görə 4 manat subsidiya verilməyə başlanıb.

Ana səhifəXəbərlərİnflyasiya 4,7 faiz olub