İnfeksionist: “Delta ştammı”nın ölüm faizi yüksək ola bilməz

Nomenklatura siyahısında “Delta – B1.617.2” və “Delta plyus – B1.617.2.1” kimi qeyd olunub.

Source: Specify Source


“Bu ştamm yeni növ koronavirusdan mutasiya edib”

““Delta ştammı”nın ölüm faizi yüksək ola bilməz, çünki bu ştamm yeni növ koronavirusdan (COVİD-19) mutasiya edib. COVİD-19 virusunun letallıq göstəricisi aşağı, 3-4 fazidir”.

Bunu Meydan TV-yə infeksionist Vüqar Cavadzadə deyib.

Həkimin sözlərinə görə, “Delta” da sonradan mutasiyaya uğrayıb və “Delta plyus” virusu yaranıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər iki ştammı latın qrafikası əlifbası ilə nömrələyib.

Nomenklatura siyahısında “Delta – B1.617.2” və “Delta plyus – B1.617.2.1” kimi qeyd olunub.

“Yeni növ koronavirus mutasiya edib, Britaniya, Braziliya, Hindistan, Afrika və sair ştammlar əmələ gəlib. Ən sürətlə yayılan isə “Delta” və “Delta plyus” ştammlarıdır. “Delta” və “Delta plyus” COVİD-19 infesiyasından daha sürətlə yayılması ilə yanaşı, uşaq və yeniyetmələrdə çox müşahidə edilir”, – infeksionist söyləyir.

Bir müddət öncə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva açıqlamasında bildirmişdi ki, uşaqların peyvəndlənməsi ilə bağlı müzakirələr aparılır.

Müsbət nəticələr olsa, uşaqların da peyvəndlənməsi nəzərdə tutulur.

İnfeksionist Vüqar Cavadzadə uşaqların yeni növ koronavirusa qarşı peyvəndlənməsini məqsədəuyğun saymır:

“Virusa qarşı peyvənd tətbiq olunmazdan öncə üçmərhələli klinik təcrübədən keçib, mənfi-müsbət tərəfləri öyrənilib. Vaksinin uşaqlara tətbiq olunması ilə bağlı elmi tədqiqat işləri aparılmayıb.

Digər tərəfdən uşaqların peyvənd olunması ilə bağlı epidemik göstəriş olmalıdır. Uşaqlar arasında “COVİD-19” infeksiyasına yoluxma olsa da, ölüm halları böyüklərə nisbətən dəfələrlə azdır. Hətta bir fazidən belə aşağıdır. Dünayada, həmçinin Azərbaycanda belə “COVİD-19”-dan ajiotaj yaradan uşaq ölümü halları olmadı. “COVİD-19”-un hansısa mutant variantı əmələ gələrsə və uşaqlar arasında ölüm faizini artırarsa, o zaman vaksinasiya məsələsini müzakirə etmək olar”.

ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesusun açıqlamasına görə, Delta ştammı 85 ölkədə aşkar edilib və peyvənd olunmayan əhali arasında sürətli templə yayılır.

ÜST-ün Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı “Delta” ştammı ilə bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib. Virusdan qorunmağın ən yaxşı üsulu kimi vaksinasiya olunmağı tövsiyə edib.

Ana səhifəSağlıqİnfeksionist: “Delta ştammı”nın ölüm faizi yüksək ola bilməz