O, seçkiyə yeganə namizəd kimi qatılıb
Canni İnfantino yenidən FİFA-nın prezidenti seçilib.
Bu barədə ali futbol qurumu rəsmi saytı vasitəsilə məlumat yayıb. Məlumatda bildirilib ki, Ruandanın paytaxtı Kiqalidə keçirilən 73-cü konqresdə isveçrəli futbol funksionerinin növbəti dörd il üçün prezidentliyi təsdiqlənib.
İnfantino seçkiyə yeganə namizəd kimi qatılıb. O, 2027-ci ilədək postunda qalacaq.
Canni İnfantino 2016-cı ildən FİFA-nın prezidenti postundadır.