İndoneziyada sunami nəticəsində ölənlərin sayı 370-i ötüb (yenilənib)

Prezident yeni sunami təhlükəsindən xəbər verib

Source:
foto Reuters
foto Reuters


***


İndoneziyada ölənlərin sayı 370 nəfəri ötüb, itkin düşənlər isə 120 nəfərdir. Məlumatı

euronews.com

yayıb.


***


Prezident yeni sunami təhlükəsindən xəbər verib


İndoneziya

təbii fəlakət agentliyinin məlumatına görə, şənbə günü baş verən sunami nəticəsində 281 nəfər ölüb, 57 nəfər itkin düşmüş sayılır.

Təbii fəlakət əsasən, İndoneziyanın Yava adasına təsir göstərib.

Ümumilikdə 1016 nəfər xəsarət alıb.

Yüzlərlə bina və tikili dağılıb.

Hakimiyyətin məlumatına əsasən, sunami Anak-Krakatau vulkanının aktivləşməsindən sonra sualtı sürüşmənin nəticəsində baş verib.

Fəlakət yerinə səfər edən İndoneziya prezidenti Coko Vidodo yeni sunami təhlükəsinin olduğunu, əhali və yerli hakimiyyət orqanlarını növbəti insan ölümlərinin qarşısının alınması üçün əllərindən gələn hər şeyi etməyə çağırıb.

İndoneziyada sualtı sürüşmə və dənizdə vulkan nəticəsində sunami təhlükəsini xəbər verən sistem yoxdur.

Prezident bildirib ki, 2019-cu ilin əvvəlində sunami xəbər verən sistemlərin yoxlanılması və mükəmməlləşdirilməsi prosesi olacaq.

Ana səhifəXəbərlərİndoneziyada sunami nəticəsində ölənlərin sayı 370-i ötüb (yenilənib)