İmza vərəqələrinin DSK-ya təqdim edilməsinin müddəti bitdi

MSK: “Parlament seçkisinə 2416 iddiaçı qatılıb, onların 689-u rəsmi olaraq qeydə alınıb”

Source:


MSK: “Parlament seçkisinə 2416 iddiaçı qatılıb, onların 689-u rəsmi olaraq qeydə alınıb”

Yanvarın 10-da, saat 18.00-da Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi müddəti başa çatıb.

Bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2019-cu il dekabrın 21-dən başlamışdı.

MSK-nın son hesabatına görə, fevralın 9-na təyin edilmiş parlament seçkisinə 2416 iddiaçı qatılıb, onların 689-u rəsmi olaraq qeydə alınıb.

Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.

Təşviqat yanvarın 17-də başlanır.

Seçkidə qələbə üçün səs çoxluğu tələb olunur.

Səsvermənin nəticələri haqqında ilkin məlumat seçki günü verilir.

Seçki dairəsi üzrə nəticələrin müəyyən olunması, protokolun ona əlavə edilmiş sənədlərlə birlikdə MSK-ya təqdim olunması fevralın 12-dək bitir.

Mərkəzi Seçki Komissiyası fevralın 29-dək Milli Məclisə seçkiyə yekun vurub sənədləri Konstitusiya Məhkəməsinə göndərməlidir.

Ana səhifəXəbərlərİmza vərəqələrinin DSK-ya təqdim edilməsinin müddəti bitdi