İmtahan

Mənbə: AzEdu.az

Başlıq: İmtahan

İmtahandan narazı həkimlər imza toplayır

“Sualların çoxu səriştəsiz hazırlanıb, bir çoxu 1985-ci ilin kitablarındakı mövzulardandır”

Bakıda yüzlərlə tibb işçisi sertifikasiya imtahanlarının keçirilməsinə etiraz edərək imza toplayır.

Bu barədə Meydan TV-yə tibb üzrə fəlsəfə doktoru Sevinc Məmmədova məlumat verib.

Onun sözlərinə görə, heç bir ölkə həkimləri bu cür imtahana cəlb etmir:

“Əslində biz həkimlər sertifikasiya imtahanlarının keçirilməsindən deyil, formasından narazıyıq. Sertifikasiya ilə guya həkimlərin biliklərini, təcrübəsini yoxlayırlar. Halbuki qoyulan suallarla bunu yoxlamaq mümkün deyil. Xarici ölkələrin təcrübəsindən misal çəkirlər, ancaq xaricdə həkimlər treninqlərə, kurslara göndərilir. Hazırda həkimlər bilmirlər pandemiya ilə mübarizə aparsınlar, yoxsa oturub sualları əzbərləsinlər. Halbuki o suallar həkimlik təcrübəmizdə heç bir rol oynamayıb”.

Həkim söyləyib ki, dünya təcrübəsindən, sertifikasiya imtahanlarının faydalılığından danışarkən əslində məsələyə özlərinə sərf etdikləri kimi yanaşırlar:

“Sualların çoxu səriştəsiz hazırlanıb, bir çoxu 1985-ci ilin kitablarındakı mövzulardandır. Həkim yeniliyi öyrənməlidirsə, sovet dönəminin mövzularını niyə əzbərləməlidir? 1500-2000 sual əzbərləməklə peşəkar olmaq absurddur. Suallar ixtisasa uyğun salınmır, məsələn, rentgen həkimi niyə USM həkiminin ixtisasına adi sualları əzbərləməlidir? Bundan əlavə, yaşı 65-dən yuxarı olan həkimlərin əksəriyyəti təqaüd yaşının çatması səbəbindən işdən uzaqlaşdırılırsa, müəyyən səbəblərdən işdə saxlanılanların imtahana cəlb edilməsinə ehtiyac yoxdur. Məsələn, Rusiyada həkimlər sertifikasiyaya cəlb edilirlər, bundan sonrakı mərhələdə kurslara göndərilirlər, bal toplayırlar. Bununla da sertifikasiya vaxtını uzadırlar. Bizdə isə yüzlərlə həkim narazılıq edir, ancaq sistemi, yöntəmi dəyişmək istiqamətində addımlar atılmır”.

Həkim Aydın Əliyev də sosial şəbəkədəki hesabında sertifikasiya ilə bağlı narazılıqlarını yazıb. Həkim bildirib ki, tibb işçilərinin hazırki sertifikasiyası yararsızdır və dayandırılmalıdır. Həm kredit-sertifikasiya-attestasiya ballarının yığılması, imtahan suallarının əksəriyyəti və imtahandan keçə bilməyənlərin fəaliyyətinə xitam verilməsi yanlışdır və bürokratik əngəllərlə doludur. Lakin sertifikasiya və attestasiya təmamilə ləğv edilməməlidir, formatı dəyişdirilməlidir. Təkmilləşmə hər zaman vacibdir, lakin qaydasında, belə yox.

Tibb işçilərinin sığorta və COVİD əlavələri verilməlidir, əks halda tibb işçilərindən keyfiyyətli iş tələb etmək absurddur və bu mümkün olmayacaq”.

Shiyyə Nazirliyindən isə deyiblər ki, sertifikasiya imtahanları ilə bağlı qərarı nazirlik deyil, Nazirlər Kabineti verir. Meydan TV Nazirlər Kabinetindən münasibət öyrənə bilməyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/gcnx2n

Ən çox baxılan