“İmişlidə əhalinin etirazı İlham Əliyevə xəbərdarlıq idi”

İmişlidə baş verən etirazlarda saxlanılanların olması birmənalı qarşılanmır. Hətta sosial şəbəkələrdə bu haqda fikir bildirənlər polis bölməsinə çağırılır və onlardan həmin postu silmək tələb olunur.

“Polislərə tapşırılıb ki, İmişlidə cəzalandırılanların şəkilləri maksimum paylaşılsın ki, insanların gözü qorxsun”.

Hadisəni şərh edənlər deyir ki, polisin faciədən hiddətlənən yerli əhaliyə belə münasibət göstərməsi adekvat deyil:

“Ədalət olmayan yerdə insanların hiddəti bu cür qabarıq olur. O insanlar bilsəydi ki, bu faciə ədalətli araşdırılacaq, günahkarlar cəzalandırılacaq, o zaman bu qədər bəlkə də hiddətlənməzdilər. Onlar bilirlər ki, yaşadıqları ölkədə cəza alan polis olmayacaq. DİN manipulyasiya xarakterli məlumat yayana qədər, ən başdan əhaliyə doğru məlumat verməli idi”.

Ana səhifəXəbərlər“İmişlidə əhalinin etirazı İlham Əliyevə xəbərdarlıq idi”