İlya Yaşinə hökm oxunub: 8.5 il həbs cəzası

İlya Yaşin. Mənbə: “Kommersant”

Məhkəmə siyasətçiyə 4 il internet saytlarını idarə etməyi qadağan edib

Moskvanın Meşçanski Rayon Məhkəməsi siyasətçi İlya Yaşini 8,5 il müddətinə azadlıqdan məhrum edib.

İlya Yaşin hərbçiləri haqqında “saxta” məlumatlar (Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsi) yaymaqda ittiham olunurdu.

İlya Yaşinə həmçinin 4 il internet saytlarını idarə etmək qadağan edilib.

Ona cinayət işinin açılmasına səbəb Buçadakı qətllərdən danışması göstərilib. Ancaq o, çıxışı zamanı hər iki tərəfin mövqeyini səsləndirib, həm Rusiya Müdafiə Nazirliyinin, həm də Ukrayna qüvvələrinin.

Dövlət ittihamçısı ATƏT və BMT-nin Buça hadisələri ilə bağlı hesabatlarını “qərəzli, birtərəfli və düşmənçilik” adlandırıb.

İlya Yaşin 2022-ci ilin 13 iyulunda həbs olunub.

İlya Yaşin 2010-cu ildən “Özbaşınalıq və Korrupsiyasız Rusiya Naminə Xalq Azadlığı Partiyası” hərəkatında iştirak edib.

2 ildən sonra PARNAS partiyasının sədr müavini olub.

2016-cı ildə partiyanı tərk etdi.

O, 2017-2021-ci illərdə Krasnoselski Bələdiyyə Dairəsinin Deputatlar Şurasının sədri olub.

Ana səhifəDünyaİlya Yaşinə hökm oxunub: 8.5 il həbs cəzası