İlqar Vəlizadə: Rusiya Ermənistan-Azərbaycan münaqişəsində təşəbbüsü ələ alıb

Rasim Ağayev: “Əgər həmsədrlər də Putinin “Ermənistan və Azərbaycan razılaşsa, biz də dəstək verəcəyik” fikrinin üstündə dayanırlarsa…”

Source:


Rasim Ağayev: “Əgər həmsədrlər də Putinin “Ermənistan və Azərbaycan razılaşsa, biz də dəstək verəcəyik”  fikrinin üstündə dayanırlarsa…”

“Hәmsәdrlәrin yekdil fikri ondan ibarətdir ki, qaçqınlar doğma torpaqlarına qayıtmalıdır”.

APA-nın məlumatına görə, bunu ATӘT-in Minsk qrupu hәmsәdrlәri ilə “Dağlıq Qarabağın Azәrbaycanlı İcması” İctimai Birliyində keçirilən görüşdә rusiyalı həmsədr İqor Popov deyib.

Bu mәsәlәlәrin prezidentlәrlә keçirilən görüşlәrdә müzakirә olunduğu deyən diplomat qeyd edib ki, danışıqlarda müzakirə predmetlərindən biri azәrbaycanlıların tәhlükәsizliyinin tәmin olunmasıdır. “Bu gün sәfәrimiz yekunlaşır. Sonda bir çox suallara cavab tapacaq bәyanatımız olacaq. Prezidentlәrin görüşünü müzakirә etdik. Prezidentlәrin görüş keçirmәk niyyәti var. Ümid edirәm ki, bu görüş ilin sonunadək baş tutacaq. “ABŞ vә Fransadan olan hәmkarlarımızla beynəlxalq mәsәlәlərlə bağlı fikir ayrılığımız var. Amma Dağlıq Qarabağ mәsәlәsindә fikrimiz birdir”, – deyə o vurğulayıb.

İ. Popov həmsədrlərin Dağlıq Qarabağda hәbsdә olan Şahbaz Quliyevlə Dilqəm Əsgərovun mәsәlәsi ilə məşğul olduqlarını desə də, mәsәlәnin çox çətin olduğunu bildirib.

İ.Popovun açıqlamasını Meydan TV-yə şərh edən siyasi şərhçi Rasim Ağayev bildirdi ki, əslində, həmsədr onların hazırladığı təkliflərin tərəfləri qane etmədiyini demək istəyib: “Əgər həmsədrlər də Putinin “Ermənistan və Azərbaycan razılaşsa, biz də dəstək verəcəyik” fikrinin üstündə dayanırlarsa, o zaman Minsk Qrupunun həmsədrlik institutu nəyə lazımdır? Amma Popovun “beynəlxalq mәsәlәlərlə bağlı fikir ayrılığımız var” fikri anlaşılmazdır. Gərək jurnalistlər bu məsələni dəqiqləşdirərdilər”.

Rasim Ağayev hesab edir ki, ümumiyyətlə, İqor Popov yeni bir şey deməyib: “Bu açıqlama onu təsdiqləyir ki, həmsədrlər yaxın zamanlarda heç bir təkliflərlə çıxış etməyəcəklər. Faktiki olaraq problem dondurulmuş vəziyyətdə qalacaq”,

Amma onun həmkarı İlqar Vəlizadə bir az fərqli düşünür. İlqar Vəlizadə hesab edir ki, Popovun dediyindən belə anlaşılır ki, Minsk Qrupu daxilindəki komformist yanaşma hələ davam edir: “Minsk Qrupunun əsas məqsədi münaqişəni indiki vəziyyətdə saxlamaq və həmsədr ölkələr arasında yeni konflikt mənbəyinə çevirməməkdir. Ancaq çox paradoksal vəziyyətdir ki, həmsədrlərin dedikləri heç də real vəziyyəti əks etdirmir. Mənzərə ondan ibarətdir ki, Rusiya təşəbbüsü əlinə tam almaqla status-kvonu dəyişməyə cəhdlər edir. Amerika və Fransa isə arxada qalmamaq üçün vəziyyətə müdaxilə etməyə çalışır. Son vaxtlar Rusiya rəsmilərinin Bakıya, Azərbaycan diplomatlarının şimal ölkəyə səfəri Moskvanın aktivliyindən xəbər verir. Əgər bu səfərlərdə Dağlıq Qarabağ məsələsi müzakirə olunursa, deməli, təşəbbüs Rusiyanın əlindədir. Bu səfərlərin fonunda Qərb rəsmilərinin Bakıya səfərləri olmayıb”.

İlqar Vəlizadə hesab edir ki, Rusiyanın təşəbbüsü ələ almağı Ermənistanı heç də razı salmır. Onları Rusiya-Azərbaycan arasında hansısa sövdələşmələrin mümkünlüyü narahat edir. Ermənistan mətbuatı bun açıq şəkildə yazır.

Ana səhifəXəbərlərİlqar Vəlizadə: Rusiya Ermənistan-Azərbaycan münaqişəsində təşəbbüsü ələ alıb