İlqar Vəlizadə: Fransa həmsədr olsa da, səlahiyyətlərini aşır

“Ona görə Ermənistanla danışıq aparmaq əbəsdir”.

Source:


XİN: "Zohrab Mnatsakanyanın müsahibəsi beynəlxalq ictimaiyyəti yayındırmaq məqsədi güdür”

Ermənistan Xarici işlər naziri Zöhrab Mnatsakanyan 10 oktyabr Moskva danışıqlarında ölkəsinin yerli televiziyalarına müsahibəsində bir daha öz müqəddəratını təyinetmə hüququnun tanınmasına toxunub.

Sülh danışıqlarında irəliləyiş olması üçün atəşkəsin vacibliyini qeyd edən nazir deyib ki, bu prosesdə onlar soydaşlarının təhlükəsizliyi, öz müqəddəratını təyinetmə hüququnun tanınması və reallaşdırılmasını istəyirlər:

“Bu hüququn məhz soydaşlarımızın öz talelərini hamı tərəfindən tanınan müstəqil dövlət kimi müəyyən etmələri şəklində möhkəmləndirilməsi prioritetimizdir”.

Zöhrab Mnatsakanyan eyni zamanda deyib ki, başqa heç bir tərəf, eləcə də Türkiyə, prosesdə hər hansı bir rol oynaya bilməz.

Siyasi icmalçı İlqar Vəlizadə Zöhrab Mnatsakanyanın açıqlamasını Meydan TV-yə şərh edərkən bildirib ki, Ermənistanla danışmaq düzgün deyil, çünki adekvat siyasi rəhbərliyi yoxdur: “Son danışıqlar, yəni 10 oktyabr Moskva görüşü də Rusiyayla idi. Əgər Moskva fəal rol oynamasaydı Xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya getməzdi”.

İlqar Vəlizadənin sözlərinə görə, Ermənistan siyasi rəhbərliyi və erməni cəmiyyəti Azərbaycan ərazi iddialarından əl çəkməyəcək: “Ona görə Ermənistanla danışıq aparmaq əbəsdir. Ona görə vasitəçilər səy göstərməlidir. Zöhrab Mnatsakanyanın Türkiyə barədə dediklərinə gəlincə, münaqişə tərəfləri belə təklif vermək iqtidarındadır. Ermənistan tərəfi Fransanın rolundan danışdığı kimi Azərbaycan da Türkiyənin rolunu qabarda bilər. Nəzərə alın ki, Fransa həmsədr olsa da, səlahiyyətlərini aşır və öhdəliklərini unudur. Belə olanda, Minsk Qrupunun üzvü Fransa niyə həmsədr olmasın?”.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyanın müsahibəsinə: “Beynəlxalq ictimaiyyəti yayındırmaq məqsədi güdür”, – deyə reaksiya

verib

.

Mətbuat xidməti xatırladıb ki, Ermənistanın hazırkı siyasi-hərbi rəhbərliyi son 2 ildə münaqişə ətrafında vəziyyəti gərginləşdirmək üçün məqsədyönlü şəkildə addımlar atır: “Bu addımlar danışıqlar prosesinə ciddi xələl gətirən və onu çıxılmaz vəziyyətə salan təxribat xarakterli bəyanatlar və digər tədbirlərdən ibarətdir. Bunun ən bariz nümunələri “Qarabağ Ermənistandır, nöqtə” ifadəsi, “yeni ərazilər üçün yeni müharibə” hərbi konsepsiyası, 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hərbi təxribat, işğal olunmuş ərazilərdə Livan ermənilərinin məskunlaşdırılması fəaliyyətidir. Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququ çərçivəsində müvafiq addımlar atıb. Nəticədə bir sıra Azərbaycan əraziləri Ermənistanın işğalından azad edilib. Təəssüf ki, erməni tərəfi ənənəvi olaraq terror taktikasına əl ataraq münaqişə zonasından uzaq məsafədə yerləşən məntəqələr və insanlar də daxil olmaqla, Azərbaycanın dinc əhalisini və mülki infrastrukturunu intensiv atəşə tutur. 27 sentyabrdan etibarən, Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində 42 azərbaycanlı mülki şəxs öldü və 206 nəfər yaralandı, 1479 evlər, 66 coxmənzilli yaşayış binaları və 241 infrastruktur obyektləri dağıdıldı”.

Nazirlik 3 nazirin Moskva görüşünə toxunaraq bildirib ki, Azərbaycan tərəfi iclasda razılaşdırılmış humanitar atəşkəsə sadiqliyini elan etdi və silahlı qüvvələrinə müvafiq təlimat verdi: “Lakin Ermənistan tərəfi çox fərqli bir yol seçdi. Onun silahlı qüvvələri Azərbaycanın Tərtər rayonu, Suqovuşan ərazisi yaxınlığında erməni hərbçilərinin cəsədlərini toplayan Azərbaycan həkim qrupuna minaatandan atəş açdı. Nəticədə bir Azərbaycan tibbi personalı ağır yaralandı. Bundan əlavə, 11 oktyabr tarixində gecə saat 2-də Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ballistik raket atdı. Raket çoxmərtəbəli yaşayış binasını yerlə yeksan etdi. 10 mülki şəxs həyatını itirdi və uşaqlar da daxil olmaqla çox sayda xəsarət alanlar oldu”.

Ana səhifəSiyasətİlqar Vəlizadə: Fransa həmsədr olsa da, səlahiyyətlərini aşır