İlqar Nəsibovu Polis İdarəsinə çağırıblar

Zərəçəkənin həyat yoldaşı Məlahət Nəsibova da şahid qismində ifadə verir

Source:


Zərəçəkənin həyat yoldaşı Məlahət Nəsibova da şahid qismində ifadə verir

Avqustun 21-də Naxçıvanda bir qrup şəxs tərəfindən döyülmüş hüquq müdafiəçisi İlqar Nəsibov və onun həyat yoldaşı Məlahət Nəsibova  sentyabrın 10-da saat 15:00-da yenidən Naxçıvan Şəhər Polis İdarəsinə dindirməyə çağırılıblar.

M.Nəsibova “Turan İA”-a bildirib ki, o, şahid qismində çağırılıb. Bundan əlavə, İ.Nəsibovla ona hücum edənlərdən biri – Fərid Əsgərov arasında üzləşmə olacaq.

Ötən gün hökumətyönlü saytlardan biri material dərc edərək bildirib ki, İ.Nəsibov özü F.Əsgərovu döyüb. Sayt Nəsibovun istintaqa ifadəsinin  surətini dərc edib. Bu sənədin Naxçıvan polisindən mətbuata necə gedib çıxmasını sayt açıqlamır. Lakin bu, istintaq sirrinin pozulmasıdır və buna görə cinayət cəzası nəzərdə tutulur.

İ.Nəsibovun səhhətinə gəlincə,  onun vəziyyəti  ümumilikdə normaldır, lakin bədənində qırıqlar hələ  qalır. İlqar Nəsibovun ağır xəsarət almasına, çoxlu sınıqların olmasına baxmayaraq, polis  sentyabrın 4-də cinayət işinə başlayıb. İ.Nəsibov zərərçəkən kimi tanınıb. Lakin cinayət işi “bilərəkdən yüngül bədən xəsarətinin yetirilməsi” maddəsi ilə açılıb.

Ana səhifəXəbərlərİlqar Nəsibovu Polis İdarəsinə çağırıblar