İlqar Nəsibovu döyənlərdən biri saxlanılıb

“İlqar deyir ki, o yaxınlaşanda telefonla kimdənsə təlimat alırdı. Telefonda açıq şəkildə “vur onu” sözlərini eşidirmiş”

Source:


“İlqar deyir ki, o yaxınlaşanda telefonla kimdənsə təlimat alırdı. Telefonda açıq şəkildə “vur onu” sözlərini eşidirmiş”

Avqustun 21-də Naxçıvanda Demokratiyaya Dəstək Resurs Mərkəzinə hücum edərək qurumun rəhbəri Məlahət Nəsibovanın həyat yoldaşı, jurnalist İlqar Nəsibovu döyənlərdən biri, Fərid Əsgərov saxlanılıb. Naxçıvan Şəhər Polis İdarəsinin istintaq təhqiqat bölməsinin rəisi  Nemət Cəfərov Məlahət Nəsibovaya bu barədə məlumat verib.

Meydan TV-yə açıqlama verən Məlahət Nəsibova bildirdi ki, dəfələrlə onlar oxşar zorakılıqlarla üzləşiblər: “Amma istintaq işləri sona qədər aparmayıb, yəni kimisə 15 sutka saxlayandan sonra azad ediblər. Bizi maraqlandıran Fərid Əsgərovun arxasında kimlərin dayanmasıdır. Düzdür, o, bizim ofisə tez-tez gələrdi, atası da müxalifətyönlü insanlarla yaxın olub. İlqar deyir ki, o yaxınlaşanda telefonla kimdənsə təlimat alırdı. Telefonda açıq şəkildə “vur onu” sözlərini eşidirmiş”.

Məlahət Nəsibova Meydan TV-yə deyib ki, İlqar Nəsibovun hazırkı durumu çox ağırdır: “Qabırğaları zədələnib, körpücük sümüyü sınıb,  böyük zərbələri başından alıb, burnu, almacıq və üst çənə sümüyü qırılıb. Təsəvvür edin ki, ağzına nəsə götürüb çeynəyə bilmir. Nəhayət, ən ağrılısı gözü açılmır…”.

Məlahət Nəsibova bildirib ki, xəstəxana təmir olduğundan İlqar Nəsibovu evə gətiriblər: “Çünki İlqarın toz-torpağa alergiyası var, hər dəfə açqırdıqca beyninə ziyan edir. Həkimlər artıq hərəkət etməmək üçün hələ onu Bakıya gətirməyə icazə vermirlər. Güman ki, 5-10 gün sonra bu barədə nəsə danışmaq olar”

Ana səhifəXəbərlərİlqar Nəsibovu döyənlərdən biri saxlanılıb