“Fərid başını əllərinin arasına alaraq ağlayır və deyirdi: “Onlar sənə nə etdilər, bütün bunları sonra mənim üstümə atacaqlar!””
Avqustun 21-də bir qrup şəxs tərəfindən vəhşicəsinə döyülmüş Naxçıvanlı jurnalist İlqar Nəsibov yalnız sentybarın 4-də Naxçıvan şəhər Polis İdarəsinə dəvət edilib və zərərçəkmiş kimi tanınıb.
O, 2 saat ərzində baş verənlər haqqında ifadə verib.
“Mənə deyiblər ki, mən zərərçəkmiş kimi tanınmışam və fakt üzrə CM-in 127.1-ci maddəsi ilə cinayət işi açılıb. Bu, yüngül bədən xəsarətləri yetirilməsini nəzərdə tutan çox yüngül maddədir” – deyə İlqar Nəsibov “Turan İA”-a bildirib.
İstintaqın belə münasibəti və verilən suallar belə bir təəssürat yaradır ki, istintaq bu hadisəni ciddi şəkildə araşdırmaq niyyətində deyil. Xüsusən, istintaq zərərçəkmişlərin sayının çox olduğunu etiraf etməkdən imtina edir: “Onlar məni ofisə daxil olaraq məni döyən çox sayda insanın qarabasma olduğuna inandırmağa çalışırdılar”.
Öz növbəsində, o, baş verənlərin təfsilatını açıqlayaraq bildirib ki, onu döyməkdə ittiham edilən Fərid başını əllərinin arasına alaraq ağlayır və deyirdi: “Onlar sənə nə etdilər, bütün bunları sonra mənim üstümə atacaqlar!”.
Nəsibov həmçinin Naxçıvan DİN-in guya onun sərxoş olması və insidentin iki sərxoş arasında davanın nəticəsi olması haqqında rəsmi məlumatına görə izahat tələb edib. “Nə ekspertiza, nə həkimlər, nə istintaq mənim alkoqol sərxoşluğu vəziyyətində olduğumu müəyyən etməyib. Bu, həmçinin cinayət işi açılan gülməli maddə göstərir ki, obyektiv araşdırma gözləməyə dəyməz”-deyə hüquq müdafiəçisi bildirib.
Xatırladaq ki, Nəsibov Naxçıvanda Demokratiyaya Dəstək Resurs Mərkəzinin ofisində bir neçə şəxs tərəfindən döyülüb. Onun qabırğaları, burnu, almacıq sümükləri qırılıb, çoxsaylı xəsarətlər yetirilib. Həkimlər üzünə ona yaxın tikiş qoyub və güclü beyin silkələnməsi olduğunu qeydə alıb. O, bir gözündə görmə qabiliyyətini qismən itirib.