REAL lideri daha əvvəlki qaydada zəng edə bilməyəcək
Bu barədə vəkil Cavad Cavadov öz Facebook səhifəsində məlumat paylaşıb. Vəkil bildirib ki, bu yaxınlarda İlqar Məmmədovla görüşdə ona qoyulan qadağadan xəbər tutub: “REAL lideri məndən aşağıdakıları ictimaiyyətə çatdırmağımı xahiş etdi. İlqar Məmmədovun tapşırığı ilə Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərlə bağlı qalib partiyalara onun adından təbrik göndərildikdən sonra ona 2 saylı Cəza Çəkmə Müəssisəsinin rəhbərliyi tərəfindən bildirilib ki, məhz bu səbəbə görə onun telefonla zəng etmə hüququ məhdudlaşdırılıb. İlqar Məmmədov 2 saylı CÇM-nə gətirlidyi vaxtdan 8 ay müddətində həmin anadək həftədə iki dəfədən artıq zəng etmə imkanı verilirdi. Ona bildirilib ki, o əvvəlki qaydada zəng edə bilməyəcək”.