İlqar Məmmədovun şikayətinə hakim Əli Seyfəliyev baxacaq

Cavad Cavadov: Məhkəmənin vaxtı hələ təyin olunmayıb

Source:

Cavad Cavadov: Məhkəmənin vaxtı hələ təyin olunmayıb

REAL Hərəkatının sədri İlqar Məmmədovun kassasiya şikayəti  Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin icraatına verilib . Bu barədə “Report”a İ.Məmmədovun vəkili Cavad Cavadov məlumat verib. Vəkil bildirib ki, işə baxacaq hakimin kimliyi bəlli olsa da, məhkəmənin vaxtı hələ təyin olunmayıb.

İ.Məmmədov və T.Yaqublu 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə apellyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov və T.Yaqublu kassasiya şikayəti veriblər. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq, işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib. Şəki Apellyasiya Məhkəməsi yenidən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. İ.Məmmədov həmin qərardan kassasiya şikayəti verib.

T.Yaqublu Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla əfv olunub.

Əli Seyfəliyev
Əli Seyfəliyev
Ana səhifəXəbərlərİlqar Məmmədovun şikayətinə hakim Əli Seyfəliyev baxacaq