Yanvarın 13-də Ali Məhkəmədə Real Hərəkatının sədri İlqar Məmmədovun kassasiya şikayətinə baxılıb.
Müdafiə tərəfinin çıxışları dinlənildikdən sonra hakim prosesi qeyri-müəyyən müddətə təxirə salıb.
2013-cü il martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsi 2013-cü il 23-24 yanvar İsmayıllı iğtişaşları ilə əlaqədar 18 təqsirləndirilən şəxsin barəsində hökm verib. ReAl Hərəkatının lideri İlqar Məmmədov 7 il, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib.
2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun həbsi ilə bağlı şikayət üzrə qərarını elan edib. Avropa Məhkəməsi İlqar Məmmədovun işində Avropa İnsan Haqları Konvensiyanın 5.1 və 5.4 maddəsi (azadlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyasi) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasını tanıyıb. Hökumət İ.Məmmədova eyni zamanda 22 000 avro kompensasiya ödəməlidir.
Amnesty İnternational İlqar Məmmədovu “vicdan məhbusu” elan edib.