İlqar Məmmədovun kamerasına daha 3 nəfər siqaret çəkən salınıb

Fuad Ağayev təcridxananın rəisinin ona problemi həll edəcəyini söz verdiyini dedi

Source:

Fuad Ağayev təcridxananın rəisinin ona problemi həll edəcəyini söz verdiyini dedi

İyunun 5-də vəkil Fuad Ağayev Şəki İstintaq Təcridxanasında ReAl hərəkatının lideri İlqar Məmmədovla görüşüb.

Vəkilin Meydan TV-yə bildirdiyinə görə, onun səfəri iyunun 1-də tək qalmaq istəyən İlqar Məmmədovun kamerasına iki məhbusun salınması ilə bağlıydı. Həm də onlar ikisi də siqaret çəkir, bir halda ki, İlqar Məmmədov siqaret çəkmir.

“Təsəvvür edin ki, İlqar Məmmədovun kamerasına siqaret çəkən daha 3 nəfər yerləşdiriblər və hazırda onların sayı 5-dir” deyə vəkil söyləyib.

Fuad Ağayev deyib ki, o, təcridxananın rəisi ilə danışıb və ona problemin həlli üzrə addımlar atılacağını vəd ediblər.

Ana səhifəXəbərlərİlqar Məmmədovun kamerasına daha 3 nəfər siqaret çəkən salınıb