İlqar Məmmədovla bağlı qərar gələn həftə açıqlanacaq

REAL sədrinin məhkəməsi bitib

Source:


REAL sədrinin məhkəməsi bitib

Aprelin 22-də Şəki Ağır Cinayətlər Məhkəməsində İlqar Məmmədovla Tofiq Yaqublunun işinə təkrar baxış keçirilib. Məhkəmədə fasilə elan olunub, fasilədən sonra hakim heyəti qərarın elan olunmasını gələn həftəyə saxlayıb.Bu barədə Meydan TV-nin prosesi izləyən əməkdaşı məlumat verib.

23 yanvar 2013-cü il İsmayıllı iğtişaşlarına görə saxlanılan REAL Hərəkatının sədri İlqar Məmmədov 7 il, Müsavat başqanının müavini Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib.Avropa Məhkəməsinin qərarına görə – İlqar Məmmədovun Avropa İnsan Haqları Konvensiyanın 5.1 və 5.4 maddəsi (azadlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyasi) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasını tanıyıb. Hökumət İlqar Məmmədova eyni zamanda 22 000 avro kompensasiya ödəməlidir.

Ötən ilin iyunun 11-də Avropa Şurası Nazirlər Komitəsinin 1230 saylı toplantısı keçirilib. Toplantıda “İlqar Məmmədov Azərbaycana qarşı” məhkəmə işinin müzakirəsi aparılıb.

Cumhuriyyet.org

 saytının məlumatına görə, toplantının protokolunda göstərilir: “”İlqar Məmmədov Azərbaycana qarşı” işi ilə bağlı 22 may 2014-cü ildə qərar qəbul olunub, 13 oktyabr 2014-cü ildə qərar qüvvəyə minib.

Ana səhifəXəbərlərİlqar Məmmədovla bağlı qərar gələn həftə açıqlanacaq