”İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin ikinci qərarı da icra edilmir”

Rəsul Cəfərov: “Üç həftədir Ali Məhkəmə bu məsələ ilə bağlı sorğuya cavab vermir”

Source:
İlqar Məmmədov
İlqar Məmmədov


Rəsul Cəfərov: “Üç həftədir Ali Məhkəmə bu məsələ ilə bağlı sorğuya cavab vermir”

Respublikaçı Alternatv (ReAl) Partiyasının sədri İlqar Məmmədovla bağlı 2017-ci ilin noybarında Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı ikinci qərar da icra edilmir.

Bunu Meydan TV hüquq müdafiəçisi Rəsul Cəfərov deyib.

O qeyd edib ki, qərar bu il martın 5-də qəti hüquqi qüvvəyə mindiyindən və icrası üçün 3 ay müəyyən edildiyindən 5 iyun tarixinə qədər icra edilməli idi.

“Qanunvericiliyə əsasən, Ali Məhkəmənin Plenumu bu məsələyə baxaraq aşağı məhkəmələrin qanunsuz hökm və qərarlarını ləğv etməlidir. Belə ki, Avropa Məhkəməsi ikinci işdə İlqar Məmmədovun Avropa Konvensiyasının 6-cı maddəsi ilə nəzərdə tutulan ədalətli mühakimə hüququnun pozulmasını tanıyıb və işdə ona qarşı istifadə edilən bütün sübutların mötəbər olmadığını qət edib”.

Hüquq müdafiəçisi bildirib ki, üç həftədir Ali Məhkəməyə bu məsələ ilə bağlı göndərilən sorğu cavablandırılımır.

“Sual ondan ibarətdir ki, İlqar Məmmədov barəsində Avropa Məhkəməsinin ikinci qərarı Ali Məhkəməyə daxil olubmu və olubsa Plenumun keçirilməsi nə vaxta planlaşdırlır”.

Avropa Məhkəməsinin Məmmədovla bağlı 2014-cü ildə çıxarılmış birinci qərarı da hökumət tərəfindən icra edilmir. Bu səbəbdən də məhkəmə qərarlarının icrasına cavabdeh olan Avropa Şurası Nazirlər Komitəsi (NK) tarixdə ilk dəfə xüsusi pozuntu proseduruna başlayıb.

Prosedura əsasən, NK Avropa Məhkəməsinə sorğu göndərərək qərarın icra edilməməsinin Azərbaycan hakimiyyətinin üzərinə götürdüyü öhdəlikləri pozub-pozmamasını müəyyən etməyi xahiş edib. Öhdəliyin pozulması müəyyən edilərsə NK hakimiyyətə qarşı sanksiya tətbiq etmə səlahiyyəti əldə edəcək.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələrin ilə bağlı həbsə alınıb. O, kütləvi iğtişaşların təşkilində ittiham edilərək, məhkəmənin qərarı ilə 7 il azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlər”İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin ikinci qərarı da icra edilmir”