İlqar Məmmədova telefonla danışmaq qadağası qoyulub

“Telefon hüququnun hansı səbəbdən alınması barədə tutarlı izah müdriyyət tərəfindən verilməmişdir və bu məsələnin aradan qaldırılması söz verilsə də, bu edilməmişdir”

Source:


“Telefon hüququnun hansı səbəbdən alınması barədə tutarlı izah müdriyyət tərəfindən verilməmişdir və bu məsələnin aradan qaldırılması söz verilsə də, bu edilməmişdir”

Bu barədə məlumatı Meydan TV-yə REAL siyasi hərəkatının İdarə Heyətinin üzvü Natiq Cəfərli deyib. Natiq Cəfərli bildirib ki, artıq 2 həftədir REAL sədri yaxınları ilə telefon əlaqəsi saxlaya bilmir. Səbəb də 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin qadağasıdır. Natiq Cəfərli vəkil Cavad Cavadovun Pentinsiar Xidmətin rəisi Mədət Quliyeva müraciət etdiyini söyləyib.

Vəkilin Cavad Cavadovun Pentinsiar Xidmətin rəisi Mədət Quliyeva etdiyi müraciətdə bildirilir ki, hər dəfə 2 saylı Cəza Çəkmə MÜəssisəsində hüquqlarını müdafiə etdiyim Məmmədov İlqar Eldar oğlu ilə görüşə gələn zaman lüzumsuz olaraq ən azından bir saat gözləməli olurdum. 18 sentyabr 2015-ci il tarixdə saat 12-20-də növbəti dəfə görüşə gələn zaman 2 saatdan artıq qanunsuz olaraq gözlətdirildikdən sonra müvəkkilmilə görüşə icazə verilmişdir. Halbuki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 81.9. maddəsinə əsasən vəkil və ya hüquqi yardım göstərmək hüququna malik olan digər şəxs cəzaçəkmə müəssisəsinə onun şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədi təqdim etdikdə buraxılır. Həmin gün görüş zamanı İlqar Məmmədov bildirmişdir ki, artıq 11 gündür ona adi qaydada Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində nəzərdə tutulmuş həftədə iki dəfə telefonla zəng vurmaq hüququ, heç bir izah verilmədən verilmir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 84.1. maddəsinə əsasən Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə həftədə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq hüququna malikdirlər. İlqar Məmmədovun telefon hüququnun hansı səbəbdən alınması barədə tutarlı izah müdriyyət tərəfindən verilməmişdir və bu məsələnin aradan qaldırılması söz verilsə də, bu edilməmişdir. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən Cəzaları icra edən müəssisə və orqanın fəaliyyətinə nəzarəti müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Bu qanunsuzluqlar barədə rəsmi müraciət etməklə onların araşdırılmasına, İlqar Məmmədovun telefonla danışmaq hüqunun, həmçinin onunla görüş zamanı yaradılan süründürməçilik hallarının qısa müddətdə aradan qaldırılmasına göstəriş verməyinizi xahiş edirəm.

Ana səhifəXəbərlərİlqar Məmmədova telefonla danışmaq qadağası qoyulub