İlqar Məmmədova psixoloji təzyiq edirlər

“Apellyasiya Məhkəməsinin qeyri-müəyyən vaxta təxirə salınması ona qarşı yeni psixoloji təxribatın başlanmasından xəbər verir”

Source:


“Apellyasiya M


ə


hk


ə


m


ə


sinin qeyri-m


üə


yy


ə


n vaxta t


ə


xir


ə


sal


ı


nmas


ı


ona qar


şı


yeni psixoloji t


ə


xribat


ı


n ba


ş


lanmas


ı


ndan x


ə


b


ə


r verir



REAL partiyasının icraçı katibi Natiq Cəfərli həbsdə olan sədr İlqar Məmmədovun psixoloji təzyiqlə üzləşdiyini bildirib. O, bu barədə Facebook səhifəsində yazıb.

Natiq Cəfərlinin sözlərinə görə, 7 aydır Şəki İstintaq təcridxanasında saxlanılan REAL Hərəkatının sədri İlqar Məmmədov özünün müraciəti əsasında kamerada tək qalırdı. Təcridxananın yeni olması, kameraların sayının çox olması, tam dolmaması belə bir şəraitdə İlqar Məmmədovun tək qalması üçün heç bir problem yaratmırdı. Təcridxana rəhbərliyi və işçiləri tərəfindən bu müddət ərzində İlqara qarşı heç bir xoşagəlməz addımlar olmayıb: “Şənbə günü təcridxana rəhbərliyindən İlqar Məmmədovun yanına gəlib, onun qaldığı korpusa ilan girdiyini deyərək, ehtiyatlı olmağı məsləhət görüb. Bazar günü isə həmin adam İlqar Məmmədovu yanına gələrək, əgər istəyirsə, onun yanına bir nəfər salmaq istədiyini bildirib. İlqar imtina edərək, tək qalmaqda israr edib. Sonra təcridxana rəhbərliyi 2 nəfər dustaq gətirərək, İlqarın kamerasına yerləşdiriblər. Həmin adamlar 2 gündür İlqarın rahatlığını tam pozublar, İlqarın siqaret tüstüsünü götürmədiyini, bu yaşa qədər hələ bir dəfə də olsun siqaret çəkmədiyini təcridxana rəhbərliyi bilirdi, həmin 2 nəfər dayanmadan siqaret çəkərək kamerada nəfəs almağı mümkünsüz ediblər”.

Natiq Cəfərli daha sonra yazıb: “İlqar Məmmədov telefonla evlərinə bildirdiyinə görə, son hadisələr, Apellyasiya Məhkəməsinin qeyri-müəyyən vaxta təxirə salınması ona qarşı yeni psixoloji təxribatın başlanmasından xəbər verir. İlqarın sözlərinə görə, əbəs yerə belə ucuz addımlara əl atmasınlar, bununla onlar heç nəyə nail olmayacaqlar!”.

Ana səhifəXəbərlərİlqar Məmmədova psixoloji təzyiq edirlər