İlqar Məmmədov soyuqlayıb, yüksək temperaturu var

İlqar Məmmədovla vəkilinə Avropa İnsan Hüquqları Məhkəməsinə ikinci ərizə və kassasiya şikayəti üzərində işləməyə imkan verilməyib

Source:


İlqar Məmmədovla vəkilinə Avropa İnsan Hüquqları Məhkəməsinə ikinci ərizə və kassasiya şikayəti üzərində işləməyə imkan verilməyib

Bu gün vəkil Fuad Ağayev 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan REAL Hərəkatının lideri İlqar Məmmədovla görüşüb. Lakin vəkilə noutbukunun müəssisəyə keçirməsinə imkan verilməyib. Baxmayaraq ki, öncədən o, bununla bağlı Penitensiar Xidmətə rəsmən müraciət edib.

F.Ağayev Turan-a bildirib ki, İlqar Məmmədovla birgə Avropa İnsan Hüquqları Məhkəməsinə ikinci ərizə və kassasiya şikayəti üzərində işləmək istəyiblər: “Əfsuslar olsun ki, naməlum səbəblərdən noutbukumu içəri keçirməyə imkan vermədilər”.

Vəkil həmçinin İlqar Məmmədovun möhkəm soyuqladığını bildirib. “Temperaturu yüksəkdir. Bununla bağlı  cəzaçəkmə müəssisəsinin tibb məntəqəsinə müraciət edib və yenə müraciət etməyə hazırlaşır”, -vəkil qeyd edib.

2013-cü il martın 17-də  Şəki Ağır Cinayətlər Məhkəməsi 18 nəfəri İsmayıllı iğtişaşlarında iştiraka və onların təşkilinə görə cinayət məsuliyyətinə cəlb edib. ReAl hərəkatının lideri İlqar Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. Bu il sentyabrın 24-də Şəki Apellyasiya Məhkəməsi İlqar Məmmədovun  barəsindəki hökmü qüvvədə saxlayıb.

Amnesty İnternational İ.Məmmədovu “vicdan məhbusu” elan edib.

Ana səhifəXəbərlərİlqar Məmmədov soyuqlayıb, yüksək temperaturu var