İlqar Məmmədov: Seçkilərin tezləşdirilməsi Avropa Məhkəməsində qaldırılan işə cavabdır

Vəkil göndərdiyi sənədlərin İlqar Məmmədova çatmadığını deyir

Source:
İlqar Məmmədov
İlqar Məmmədov


Vəkil göndərdiyi sənədlərin İlqar Məmmədova çatmadığını deyir

Poçt vasitəsilə göndərilən sənədlər hazırda həbsdə olan ReAL Hərəkatının sədri İlqar Məmmədova çatdırılmayıb.

Bu barədə vəkil Fuad Ağayev “Facebook” səhifəsində yazıb.

Vəkil deyir ki, ötən həftə Penitensiar Xidmətin rəhbərinə baş verənlərlə bağlı müraciət yazsa da, hələ reaksiya yoxdur:

“Bəlkə də, reaksiya məktubun qaytarılmasıdır”.

Hüquqşünas Xalid Bağırov isə İlqar Məmmədovun növbədənkənar prezident seçkilərinə münasibətini yayıb. İlqar Məmmədov deyib:

“Prezident seçkilərinin tezləşdirilməsi Azərbaycana qarşı Avropa Məhkəməsində 46.4 maddəsi (öz öhdəliyini yerinə yetirməmə) ilə qaldırılan işə birbaşa cavabdır.

İlham Əliyevin məqsədi seçkiləri tezliklə saxta keçirib, ardı ilə Azərbaycanın Avropa Şurasından çıxartdırılmasıdır”.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycana qarşı Avropa Konvensiyasının 46 maddəsi ilə öz öhdəliyini yerinə yetirməmə məsələsini qaldırıb. Avropa Şurasının 68 illik tarixində hələ heç bir ölkəyə 46-cı maddə ilə öz öhdəliyini yerinə yetirməmə məsələsi tətbiq olunmayıb. Ona görə həmin prosedurun başlamasının Azərbaycandan ötrü hansı nəticələri doğuracağını hələlik heç kəs konkret söyləyə bilmir.

Ana səhifəXəbərlərİlqar Məmmədov: Seçkilərin tezləşdirilməsi Avropa Məhkəməsində qaldırılan işə cavabdır