İlqar Məmmədov ReAL Partiyasının sədri seçilib

Siyasi Komitə ayda iki dəfədən az olmayaraq toplaşmalıdır.

Source: Meydan.tv


Siyasi Komitə sıralarını genişləndirməyi planlaşdırır

ReAL Partiyasının Siyasi Komitəsi avqustun 18-də ilk iclasını keçirilib. Siyasi Komitə İlqar Məmmədovun namizədliyini partiyanın sədrliyinə irəli sürüb və yekdiklikdə onu səs verib.

Siyasi Komitə ayda iki dəfədən az olmayaraq toplaşmalıdır. Amma hər həftə də iclas keçirə bilər.

Bu barədə Meydan TV-yə danışan Siyasi Komitə üzvü Natiq Cəfərli bildirib ki, komitəyə yaxın vaxtlarda yeni üzvlər cəlb ediləcək. O, İlqar Məmmədova alternativ namizədin olmaması sualına cavab verib ki, qurultay Siyasi Komitəyə sədri seçmək səlahiyyət verib. Siyasi Komitənin daha çox səlahiyyətləri olduğu üçün sədr birbaşa bu quruma tabedir və hesabatı da ona verir. Sədr Siyasi Komitə tərəfindən vəzifəsindən kənarlaşdırıla bilər:

“6 nəfərdən kimsə sədr olmalıydı, İlqar Məmmədovun namizədliyini Erkin Qədirli təklif etdi, digər 5 nəfər isə namizəd olmaq istəmədi. Siyasi Komitənin istənilən üzvü sədrliyə namizəddir. Onsuz da sədrin səlahiyyətləri məhdudur, siyasi qərarlarda daha çox Siyasi Komitə önəmli rol oynayacaq. Qurultayın qərarına və nizamnaməyə əsasən, Siyasi Komitə genişlənmə səlahiyyətinə də malikdir. Yaxın gələcəkdə ölkədə tanınmış şəxslər Siyasi Komitə üzvü olacaq”.

Natiq Cəfərli xatırladıb ki, qurultayda sədrin səlahiyyətləri kifayət qədər məhdudlaşdırılıb. O cümlədən, bir şəxsin iki dəfədən, 8 ildən çox sədr olmaq səlahiyyəti yoxdur.

ReAl Partiyasının

avqustun 4-də

təsis qurultayı keçirilib. Tədbir videokonfrans formatında baş tutub.

Ana səhifəSiyasətİlqar Məmmədov ReAL Partiyasının sədri seçilib