İlqar Məmmədov həbsxanadan yazır

“Davam edir 37” beləliklə daha da mənalı şeirə cevrildi, şüarlaşdı, milliləşdi

Source:


“Davam edir 37” beləliklə daha da mənalı şeirə cevrildi, şüarlaşdı, milliləşdi

Hicri-Qəmər təqviminin 1437-ci ili bir aydır başlayıb. Başlayan kimi böyük sayda MTN məmuru həbs edildi. Miladi 1937-də belə idi: əvvəlcə adamları boşuna tuturdular, sonra tutanları tuturdular, sonra isə tutanları tutanı tuturdular.

Sovetin ideyaları tükənməyə başlayanda sistem özünü yeməyə başlamışdı. Bizdəki rejim isə neft pulu tükənməyə meyllənən kimi iştahını içinə yönəltdi, cünki onda ideya heç əvvəldən olmayıb, bütün ayıblarını neft gəlirlərilə malalayırdı.

Dörd ildən yeddi ilədək əvvəl bir kinoya baxmışdım. Onda filmi çox da geniş ictimaiyyətə tövsiyyə etmədim, çünki Azərbaycan gündə bir milyon barrel neft satırdı, qiymət isə 120 dollarlarda uçurdu. Arxayınçılıq hökm sürürdü. İqtisadi-siyasi tənqidlərimi edirdim, ancaq film tövsiyyəsi kimi duyğulu illustrasiyaya ağız əyən çox olacaqdı.

Amma indi günə 600 min çəllək satırıq və qiymət 50-lərdə sürünür. Hər kəsin cibi yüngülləşdi və həssaslaşdı. Odur ki, baxın:

“Ember şəhəri” filmi, anti-utopia və bəzən fantasmaqoriya

. Gənclər üçün çəkilib. Olmasa da möhtəşəm sənət əsəri, düşündürücüdür və Azərbaycanın intellektual gəncliyi ona baxmalıdır. Süjeti? Yeganə generatoru sönməkdə olan yeraltı şəhərin daxili siyasəti, ətradan qorxaraq özünə qapanması, gül-mahnı bayramları, və “Xəbərçi”ləri.

Amerika istehsalı, ruscaya yaxşı dublyajı var.


“Davam edir 37” beləliklə daha da mənalı şeirə cevrildi, şüarlaşdı, milliləşdi.

Ana səhifəXəbərlərİlqar Məmmədov həbsxanadan yazır