İlqar Məmmədov haqda qərar aprelin 29-da açıqlanacaq

Vəkil əlavə heç bir şey demək istəmədiyini bildirib

Source:


Vəkil əlavə heç bir şey demək istəmədiyini bildirib

“Şəki Apellyasiya Məhkəməsindən zəng vurub dedilər ki, İlqar Məmmədov və Tofiq Yaqublunun işi üzrə məhkəmə qərarı aprelin 29-da saat 17-də elan olunacaq”.

Bu barədə vəkil Fuad Ağayev öz Facebook səhifəsində yazıb.

Meydan TV Fuad Ağayevlə əlaqə saxlayıb, o, əlavə heç bir şey demək istəmədiyini bildirib.

23 yanvar 2013-cü il İsmayıllı iğtişaşlarına görə saxlanılan REAL Hərəkatının sədri İlqar Məmmədov 7 il, Müsavat başqanının müavini Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib.Avropa Məhkəməsinin qərarına görə – İlqar Məmmədovun Avropa İnsan Haqları Konvensiyanın 5.1 və 5.4 maddəsi (azadlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyasi) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasını tanıyıb. Hökumət İlqar Məmmədova eyni zamanda 22 000 avro kompensasiya ödəməlidir.

Ötən ilin iyunun 11-də Avropa Şurası Nazirlər Komitəsinin 1230 saylı toplantısı keçirilib. Toplantıda “İlqar Məmmədov Azərbaycana qarşı” məhkəmə işinin müzakirəsi aparılıb. Toplantının protokolunda göstərilir: “”İlqar Məmmədov Azərbaycana qarşı” işi ilə bağlı 22 may 2014-cü ildə qərar qəbul olunub, 13 oktyabr 2014-cü ildə qərar qüvvəyə minib.

Ana səhifəXəbərlərİlqar Məmmədov haqda qərar aprelin 29-da açıqlanacaq