İlqar Məmmədov: Avropa Parlamenti təslim oldu, mən isə təslim olmayacağam

”İlham Əliyevə 2020-ci ilə qədər məni həbsdə saxlamaq imkanı yaratdılar”

Source:
İlqar Məmmədov həbsxanada, 2017-ci il
İlqar Məmmədov həbsxanada, 2017-ci il


”İlham Əliyevə 2020-ci ilə qədər məni həbsdə saxlamaq imkanı yaratdılar”

“Avropa Parlamentinin mən də daxil olmaqla Azərbaycanda siyasi məhbusların buraxılmayacağı təqdirdə Azərbaycanla Avropa Birliyi arasında imzalanması planlaşdıırlan Sazişi ratifikasiya etməyəcəyi ilə bağlı mövqeyi qənaətbəxş deyil”.

Bunu hazırda məhbus həyatı yaşayan ReAl Partiyasının sədri İlqar Məmmədov bəyan edib.

“Avropa Parlamenti mənim işimlə bağlı 2013 və 2014-cü illərdə qətnamələr qəbul edərək dərhal və qeyd-şərtsiz azadlığa buraxılmağıma çağırıb. Avropa Parlamentinin hazırkı qətnaməsi əvvəlki mövqeyindən geri çəkilmək anlamına gəlir. Çünki, ən optimist Avropa Birliyi rəsmisi Sazişin ən yaxşı halda 2019-cu ilin payızında imzalanaçağını proqnozlaşdırır. Sazişin ratifikasiyası da hər bir halda 2020-ci ilə təsadüf edəcək. Bununla da, Avropa Parlamenti faktiki olaraq İlham Əliyevə məni 2020-ci ilin fevralına, yəni mənə verilmiş saxta cəza müddətinin sonuna qədər həbsdə saxlamağa imkan yaratmış oldu. Avropa Parlamenti təslim oldu, mən isə təslim olmayacağam!”.


Avropa Parlamenti

iyulun 4-də Avropa İttifaqının Azərbaycanla yeni müqavilənin bağlanması ilə bağlı şərtlər siyahısını tərtib edib.

Avropa Parlamenti bəyan edib ki, Azərbaycanda əsas insan azadlıqları və hüquqları təmin edilməyənə qədər, bütün siyasi və vicdan məhbusları azadlığa buraxılmayana qədər Avropa İttifaqı ilə Azərbaycan arasında müzakirəsi aparılan yeni saziş imzalanmamalıdır.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələrin ilə bağlı həbsə alınıb. O, kütləvi iğtişaşların təşkilində ittiham edilərək, məhkəmənin qərarı ilə 7 il azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsdən azad olunması ilə bağlı qərar verib. Ancaq o, hələ də azadlığa buraxılmayıb.

Ana səhifəXəbərlərİlqar Məmmədov: Avropa Parlamenti təslim oldu, mən isə təslim olmayacağam