İlqar Məmmədov 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb

“REAL sədri bir neçə gün karantində qalacaq, yalnız bundan sonra görüşüb sovqat vermək mümkün olacaq”

Source:


“REAL sədri bir neçə gün karantində qalacaq, yalnız bundan sonra görüşüb sovqat vermək mümkün olacaq”

Nəhayət ki, 10 günlük məlumatsızlıqdan sonra REAL sədri İlqar Məmmədovun 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyü bildirilib. Bu barədə REAL İdarə Heyətinin üzvü Erkin Qədirliyə siyasi məhbusun həyat yoldaşı Vəfa Məmmədova məlumat verib.

Erkin Qədirli Meydan TV-yə bilirdi ki, İlqar Məmmədovun həyat yoldaşına zəng edib bu barədə deyiblər: “Ona deyiblər ki, İlqar bəy bir neçə gün karantində qalacaq, yalnız bundan sonra görüşüb sovqat vermək mümkün olacaq. Bundan artıq heç bir məlumatımız yoxdur, indiyə qədər isə heç məlumatımız yox idi. Bugün nəsə bir məlumat aldıq”.

Erkin Qədirli bildirdi ki, yaxın günlərdə həm özləri, həm də vəkili karantin başa çatandan sonra görüşməyə çalışacaqlar: “Mən şəxsən 2 saylı Cəzaçəkmə Müəssisəsindən məlumatsızam”.

Ana səhifəXəbərlərİlqar Məmmədov 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb